Kriminal

Sabunçudakı bağından 1 tona yaxın narkotik çıxdı – Foto

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb. XəbərAl.az xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış […]

Ana Səhfə

İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir. XəbərAl.az xəbər verir ki, yerdəyişmə proqram təminatı vasitəsilə iyunun 21-nə qədər təşkil ediləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

İqtisadiyyat

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması prosesi günlərdir davam edir. XəbərAl.az xəbər verir ki, İCE London birjasında “Brent” markalı neftin qiyməti 1,24 faiz ucuzlaşaraq barreli 61, 22 dollardan satılır. WTI markalı neftin qiyməti isə 0,93 faiz azalaraq barreli 53 dollardan təklif olunur.

Hadisə

Tut ağacından yıxılıb öldü

Gəncə sakini faciəvi şəkildə dünyasını dəyişib.  XəbərAl.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 50 yaşlı Xıdır Rzayev ağacdan tut yığan zaman hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.