Ölkə

Prezident Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verdi

Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq. XəbərAl.az xəbər verirki, Musavat.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb. Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq […]

Siyasət

Fuad Muradov gürcüstanlı nazir müavini ilə görüşdü – Foto

Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Komitədən XəbərAl.az-a verilən məlumata görə, F.Muradov ölkəmizin diaspor siyasəti haqqında məlumat verib və bu sahədə Komitənin gördüyü işlərdən danışıb. Xarici işlər nazirinin müavini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq […]

Siyasət

“Təhsil sahəsində Çinlə fəal əməkdaşlığa ehtiyac var” – Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində iki ölkə arasındakı siyasi, iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən bəhs edib. XəbərAl.az  xəbər verir ki, ölkə başçısı gələcəkdə Çinlə digər sahələrdə də əməkdaşlığın qurulmasına ehtiyac olduğunu bildirib: “Fəal siyasi təmaslarımız mövcuddur. Eyni zamanda, iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının […]

Dünya

Sabiq prezident intihar etdi

Korrupsiyada itiham edilən Perunun sabiq prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib. XəbərAl.az “Nyu-York Tayms”a istinadən xəbər verir ki, 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Dərhal xəstəxanaya çatdırılan Qarsiya əməliyyat edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Alan Qarsiya 1985-1990 və 2006-2011-ci illərdə iki dəfə prezident olub. O, hazırda […]

Ölkə

Elçin Quliyev Ermənistanla sərhəddə…FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. XəbərAl.az bildirirki, DSX-dən  verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevintapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müdafiə mövqelərinin möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi […]

manset

Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)

ABŞ Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsi ilə xidmətdə olan “John” ləqəbli həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilib. XəbərAl.az  xəbər verir ki, bu barədə publika.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Xatırladaq ki, həmyerlimiz eyni zamanda F-35 Baş Ofisində Partnyorlarla Əlaqə və Xarici Satışlar Şöbəsində Ştab […]

Dünya MARAQLI

Rusiyada yeni milyarderlər tapıldı – Buhman qardaşları…+ Fotolar

Rusiyanın yeni milyarderlərinin siyahısına daha iki nəfər daxil edilib.  XəbərAl.az  xəbər verir ki, “Bloomberg Billionaires Index”in dərc etdiyi siyahıda İqor və Dmitri Buhman qardaşları da yer alıb. Rusiyanın Volqoda şəhərindən olan qardaşlar komputer oyunlarının inkişafı üzrə formalaşmış “Playrix Holding Ltd.” Şirkətinin yaradıcılarıdır. Onların hər birinin sərvəti ayrılıqda 1,4 milyard dollardır. Analitiklər 2001-ci ildə yaradılmış şirkətin illik […]

Araşdırma

Sabunçu rayonu 12 nömrəli Bakı Peşə Liseyində müəllim şagird davası – VİDEO

Təhsil müəssisələrində baş verən təlim – tərbiyəyə ocağına yaraşmayan hadisələr günü-gündən .azalmaq əvəzinə çoxalmağa doğru gedir. Texnologiya əsri olduğundan bu cür xoşagəlməz hadisələr şagirdlər tərəfindən mobil telefonlar vasitəsi ilə çəkilib ictimailəşdirilir. Xəbəral.az saytının whatsapp nömrəsinə bu yaxınlarda Bakinın Sabunçu rayonunda yerləşən 12 saylı Peşə Liseyində siniflərin birində dərs zamanı şagird və müəllimin əlbəyaxa olduqlarını əks […]

manset

“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

Ölkənin ən gənc mobil operatoru “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Şirkətdən XəbərAl.az-a verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mindən çox olub. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması, […]

Ölkə

Şəhid qızı olan tanınmış aktrisa prezidentə müraciət etdi: “Sizdən başqa güvənəcəyim kimsəm yoxdur…”

Tanınmış aktrisa Könül Yusifqızı prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib. Müraciətini XəbərAl.az-ın redaksiyasına göndərən K.Yusifqızı bildirir ki, atası Məmmədov Yusif Allahverdi oğlu 1994-cü ilin aprelində Ağdamın Güllücə kəndində şəhid olub: “Atam şəhid olanda 59 yaşı var idi. Yəni o yaşda belə mübarizliyindən dönməyib. Məmləkətimizin hər bir övladı mübarizdir, qəhrəman olmağa qadirdir. […]