Tədbirlər

“LOGOS” da “Aprel zəfəri” adlı tədbirkeçirilib.

“Loqos” un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının  təşkilatçılığı ilə “Aprel zəfəri” adlı tədbir keçirilib. XəbərAl.az xəbər verir ki, tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva, ASGA-nın sədri Səbuhi Abbasov, Qarabağ qazisi Rüxsarə Cumayeva, kəşfiyyatçı, istehkamçı Teymur Əliyev, Aprel qazisi […]

Hadisə

Bakıda retro gəlin maşını qəza törətdi

Bu gün axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. XəbərAl.az “Trend”ə istinadən məlumatına görə, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan “Çayka” retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb. Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir. Məlumata görə, sükan arxasında olan bəy […]

Ana Səhfə Ölkə

YAP Gənclər Birliyi ilə “Loqos” arasında memorandum imzalanıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.   XəbərAl.az-ın məlumatına görə Memorandumu YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova imzalayıblar. S.Orucov bildirib ki, iki qurum arasında əməkdaşlıq qeyri-rəsmi də olsa, bir müddətdir ki, başlayıb: ”YAP Gənclər […]

Ölkə

İlham Əliyevdən yeni icra başçısı təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. XəbərAl.az  xəbər verir ki, sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, bu sərəncama qədər  A. Hüseynov Siyəzənin icra başçısı idi. O, 2015-ci ildən sözügedən rayona rəhbərlik edirdi.

Ölkə

“Yeni binanın tikilib-tikilməməsi sahiblərinin işidir” – Nazir

“Biz düşünürük ki, gələn həftə ərzində bütün sahibkarlara maddi yardım ediləcək”. XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, dəymiş ziyanın tam məbləği araşdırılandan sonra sahibkarlara ödənilmiş maddi yardım nəzərə alınacaq: “Yəni ödənilmiş məbləğlər maddi ziyanın hesabına aid olacaq. Bundan əlavə, sabahdan etibarən ticarət mərkəzində yanmamış anbarlarda malların […]

Siyasət

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinin başçısını işdən çıxarıb.  XəbərAl.az xəbər verir ki, prezidentin bununla bağlı imzaladığı sərəncama əsasən, Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Novruz Novruzov Siyəzənə icra başçısı təyin edilib.