Ana Səhfə

Tərtərdə erməni qəbiristanlığını çəkən çeçen saxlanılıb

Bu gün axsam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb. XəbərAl.az  xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə qəbiristanlığı çəkdiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.

Ana Səhfə

Barak Obama Danimarkanın baş nazirinə görə həyat yoldaşı ilə boşanır – FOTOLAR

XəbərAl.az Amerikanın “The Nation” nəşrinə istinadən xəbər verir ki, keçmiş ABŞ prezidenti Barak Obama ilə həyat yoldaşı Mişel boşanmağa hazırlaşırlar. Jurnalın iddiasına görə, nikahın ləğvinin təşəbbüskarı eks birinci xanımdır. O bildirib ki, ərinin bəzi hərəkətlərinə dözməkdən yorulub. O, ərinin Cənubi Afrika prezidenti Nelson Mandela ilə son vida mərasimində Danimarka baş naziri Helle Thorning-Şmidt ilə əylənməyini qəbul […]

Ana Səhfə

Evdən qaçan ana iki uşağı ilə Bakıda tapıldı

Cəlilabad rayon Uzuntəpə kənd sakini 1996-cı il təvəllüdlü Aytac Əliyeva 4 və 2 yaşlı övladları ilə evdən çıxaraq bir daha geri qayıtmayıb. XəbərAl.az  xəbər verir ki, bundan narahat olan ailəsi 21 fevral 2019-cu il tarixində onun tapılması üçün Cəlilabad rayon Polis Şöbəsinə və “102” xidməti zəng mərkəzinə müraciət ediblər. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbriləri […]

Ana Səhfə

Mehman Hüseynovun həbs müddəti başa çatdı, azadlığa çıxdı

Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatıb. XəbərAl.az-ın  məlumatına görə, M.Hüseynov həbs müddəti bitdiyi üçün martın 2-də azadlığa buraxılıb. Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Paytaxt rayonlarından birinin polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) […]

Ana Səhfə

“Babam Tağıyevə məktub yazaraq xahiş etmişdi ki, ona pul versin”

Prezident İlham Əliyev dünən mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündə əməkdar artist Bəhram Bağırzadənin təklifinə münasibət bildirib.  XəbərAl.az-ın  verdiyi xəbərə görə, ölkə başçısı, eyni zamanda Hacı Zeynalabdin Tağıyevlə bağlı fikirlərini də bölüşüb. “Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il […]

Ana Səhfə

“Zeynəb, camaatın dərdi var, onlara qulaq asmaq lazımdır”

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına münasibət bildirib.  XəbərAl.az  xəbər verir ki, məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” – deməsinə belə reaksiya verib: “Bu görüşə görə dərin […]