Ana Səhfə

İlin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək

2019-cu ilin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq. XəbərAl.az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib: “Həmçinin ilin sonuna kimi “Bakıkart” ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin bir gündə “Bakıkart”dan nə qədər istifadə […]

Ana Səhfə

Prokurorluq və polis mitinq təşkilatçılarına rəsmi xəbərdarlıq etdi

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mitinq təşkilatçıları və iştirakçılarına olunan rəsmi xəbərdarlıqla bağlı məlumat yayıb.  XəbərAl.az məlumatı olduğu kimi təqdim edir: “Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər bu il yanvarın 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayonundakı İdman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış […]

Ana Səhfə

Mehmanın Abdalovla barışıq videosu yayıldı—VİDEO

Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov həbsdə olan bloqqer Mehman Hüseynovla barışıb. XəbərAl.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı videoda Ə.Abdalov və M.Hüseynov arasında səmimi söhbət aparıldığı görünür. Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum […]

Ana Səhfə

Nişanlı qız evdən qaçdı–İSMAYILLIDA

İsmayıllıda iyirmi üç yaşlı qız evdən qaçıb. XəbərAl.az xəbər verir ki, hadisə rayonun eyni adlı kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Babayeva Aynurə Alik qızı yanvarın 16-sı evdən çıxıb bir daha geri qayıtmayıb. Anası Tamilə Babayevanın sözlərinə görə qızı bir ildi nişanlı olub. Qızın son günlərdə dəyişilməsi, telefonla çox danışması, evdən çölə çıxmaması anasında […]

Ana Səhfə

Şeyxin Çexiyada 32 milyon 766 min kronluq sərvəti varmış

Araşdırmaçi jurnalist Cavanşir Həsənli özünün feyzbuk səyfəsində  Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə aid ilginc faktlar açıqlayıb. XəbərAl.az olaraq həmən yazını olduğu kimi diqqətinizə  çatdırırıq: Şeyxin Çexiyada 32 milyon 766 min kronluq sərvəti varmış. TƏXMİNƏN 1.5 MİLYON DOLLAR…Həm də bu sərvət təkcə bir şirkətə yatırılanıdır. Allahşükür Paşazadəyə məxsus Aynur KV şirkətinin 2013 və 2014-cü illərdə Çexiya Ədliyyə Nazirliyinin […]

Ana Səhfə

Prezident Mehman Hüseynovla bağlı tapşırıq verdi – Rəsmi

Azərbaycan prezidentinin hüquq- mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun dövlət başçısı İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib. XəbərAl.az-ın AzərTac-a istinadən məlumatına görə, Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin […]

Ana Səhfə

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın “Full” paketlərindən istifadə edən istifadəçilərinin sayı sürətlə yüksəlməkdədir. Ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu “Full” paketlərindən istifadə edən abunəçilərinin sayı son 6 ayda 90 % artaraq, 100 mini keçib. XəbərAl.az bildirir ki,  “Full” paketləri internet və danışıq dəqiqələrini çox sərfəli qiymətlərlə bir paketdə […]

Ana Səhfə

Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin, rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə layihəsi əsasında Bakı şəhərində səfərdə olan Türkiyə Cümhuriyyətinin şəhid və veteran ailələrindən olan uşaq və gənclərin, “20 Yanvar” Cəmiyyətinin Nəsimi rayon Təşkilatı üzvlərinin, Qarabağ müharibəsi şəhid ailələri, əlilləri və veteranlarının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin və […]

Ana Səhfə

“İranlı şairənin inqilabı”–Füruğ Fərruxzad.

Sevgi görməyən bir qız uşağı, övladından ayrılmış ana, namussuz elan edilmiş aşiq, şeiri tanrısı hesab edən sənətkar və ən əsası isə, özünü tapmağa başlayanda həyatını itirən bədbəxt bir qadın-Füruğ Fərruxzad. Adının mənası işıq olan Füruğ, 1934-cü ildə Tehranda hərbiçi ailəsində dünyaya gəlir. Onun qara taleyi elə anadan olduğu gündən başlayır. Sanki hansısa qüvvə onu bilərəkdən […]

Ana Səhfə

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən böyük onlayn ödəmə portalı olan “Hesab.az” ilə birlikdə avtomatik ödəniş funksiyasını təqdim edib.   XəbərAl.az xəbər verir ki, bu yeni xidmət sayəsində Bakcell abunəçiləri həm özlərinin, həm də yaxınları və ailə üzvlərinin mobil nömrələrin balansına daha rahat şəkildə nəzarət edə biləcəklər. Belə […]