Siyasət

Azərbaycan XİN-dən rəsmi Parisə cavab

“Rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin”. XəbərAl.az xəbər verir ki, bunu Trend-in bu günlərdə Fransa Xarici İşlər Nazirliyinin (XİN) Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlaması barədə sorğusuna cavab olaraq Azərbaycan XİN-in Mətbuat Xidmətinin […]

Araşdırma Ölkə

SOCAR-dakı yoxlamalarla bağlı – Rəsmi açıqlama

“Son günlər bir sıra kütləvi informasiya vasitələrində Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır”. Bu barədə Vergilər Nazirliyi və SOCAR-dan XəbərAl.az-a daxil olan birgə məlumatda deyilir. Məlumatda qeyd edilir ki, […]

Tədbirlər

Bilik Fondu ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə Fəaliyyət Planı müzakirə olundu

Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən Assosiasiyanın icraçı drektoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova və qurumun nümayəndələri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər. Fəaliyyət Planında qadın sahibkarlığının təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, sahibkarlıq fəaliyyəti göstərən xanımların maarifləndirici görüşlərə cəlb olunması, elmi-praktik konfransların, seminar və təlimlərin, […]

Ölkə

Yol polisləri yeni “Mersedes”lə xidmətə başladı

Bakı şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları bu gündən etibarən yeni “Mersedes” markalı avtomobillərlə xidmətə başlayıb. XəbərAl.az Avtosfer.az-a istinadən xəbər verir ki, artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alaynının bütün avtomobilləri yenilənib. Dünəndən həmin avtomobillər yol polis əməkdaşlarına təhkim edilib. Bu gündən isə avtomobillərin bir qismi xidmətə çıxıb, bir qismi isə bu həftə […]

Kriminal

Bakıda 12 min dollarlıq oğurluq edən rus tutuldu

Paytaxtın Hövsan qəsəbəsində evdən pul və qızıl oğurlanıb. XəbərAl.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları, qızıl-zinət əşyaları və qol saatı oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Ölkə

Hərbiçilər ehtiyata buraxıldı

Müdafiə Nazirliyinin cəbhə bölgəsində  yerləşən “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yolasalma mərasimi keçirilib. XəbərAl.az xəbər verir ki, rəmzi olaraq xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin təqdim edilməsi […]

Ölkə

Prezident “Tufan” tipli sərhəd gözətçi gəmisində – Fotolar

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.     XəbərAl.az  xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.