Dünya

Əfqanıstan yanlışlıqla öz hərbçilərini vurdu: ölənlər var

Əfqanıstan Hərbi Aviasiya Qüvvələrinin ölkənin Uruzqan vilayətinin Çinartu mahalında Taliban terrorçularına qarşı təşkil etdiyi hava əməliyyatları zamanı yanlışlıqla öz hərbçilərini vurub. Axar.az xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində 7 əfqan əsgəri həlak olub, 6 hərbçi yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Araşdırma manset

Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri köçürməyə davam edir. Unikal.org xəbər verir ki, Azərbaycan torpaqlarına köçürülən ermənilər ciddi problemlərlə üzləşirlər. Problemlərlə üzləşən erməni ailəsindən biri də Arzakanyan ailəsidir. Bu ailə İrəvandan Qarabağa köçürülmə proqramı çərçivəsində 2007-ci ildə işğal olunmuş ərazilərə göndərilib. Ailə ata-ana və iki oğuldan ibarətdir. “Epress” saytı yazır ki, proqram çərçivəsində ailəyə 3 otaqlı […]

manset Siyasət

Rusiya və Azərbaycan razılığa gəldi

Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər iki ölkənin operatorları arasında rouminq tariflərinin aşağı salınması barədə razılıq əldə olunub. Bunu Trend-ə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov deyib. K.Noskovun sözlərinə görə, bu […]

Hadisə

Sumqayıtda “VAZ” və “KamAZ” toqquşub, ölən var

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində “VAZ-2107” və “KamAZ” markalı avtomobillər toqquşub. DİN-dən  verilən məlumata görə, dekabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini Eyvaz Eyvazovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-dakı sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, […]

Ana Səhfə manset

Rusiya-Türkiyə əlaqələrinin nəticəsi… – Yıldırım

Moskva ilə Ankara arasındakı sıx münasibətlər bölgədə təhlükəsizliyin və sabitliyin təminatıdır. Axar.az xəbər verir ki, bu sözləri İran səfərində Türkiyə Böyük Millət Məclisinin spikeri Binəli Yıldırım deyib. Yıldırım qeyd edib ki, Türkiyə və Rusiyanın bölgədəki təhlükəsizliyini zəiflədəcək hər cür cəhdlərin qarşısının alınması vacibdir: “Rusiyanın yaxın münasibəti bölgənin gələcəyi üçün təminatdır. TBMM olaraq, hökumətlərimizin səylərinə qatqı verməyə […]

manset Siyasət

Deputatdan etiraz: Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır

Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir. Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər. XəbərAl.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov deyib. Bu yöndə fikirlərini parlamentdəki çıxışında da dilə gətirdiyini deyən millət vəkilinin sözlərinə görə, […]

Ana Səhfə manset

Azərbaycanda bu kommunal xidmətin qiyməti 5 dəfə artırıla bilər

Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır. Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyininə yeni təyin olunmuş baş direktor Xalid Ələkbərov bildirib. Onun sözlərinə görə, vətəndaşlar lift pulunu ödəmək istəmirlər: “Biz də çalışırıq ki, digər qurumlar kimi, birlikdə sistem qurulsun və nağd ödənişdən qaçaq. Bu gün işçilərimiz vətəndaşdan […]