Sosial

İnternet provayderləri ilə bağlı qərarda dəyişiklik

Nazirlər Kabineti internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydasında dəyişiklik edib. “XəbərAl.az” xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərar internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilib. Qərarın qəbul edilməsi […]

Sosial

İbadət yerlərinin fəaliyyətinə icazə verilir

Bu gündən etibarən Azərbaycanda dini ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək.  “XəbərAl.az” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, dini ibadət yerləri eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən çox olmamaqla işləyəcək.  Qeyd edilir ki, bu say ümumi olaraq 50 nəfərdən çox olmamalıdır.  Qafqaz Müsəlmanları İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ […]

Sosial

Hava nəqliyyatında COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişikliklər edib. “XəbərAl.az” xəbər verir ki, bununla bağlı sənədi Baş nazir Əli Əsədov imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycandan yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir. Azərbaycana uçuşlar […]

Sosial

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. Fonddan verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır. XəbərAl.az

Sosial

Operativ Qərargah: Konsert keçirən restoranların rəhbərləri cəzalandırılacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb. Qərargahdan verilən məlumata görə, Operativ Qərargahın koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin təbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır. Qeyd olunub ki, […]

Sosial

Bakıdakı bağçalarda yoxlamalara başlanılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən böyüməkdə olan nəslin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, rasional fizioloji qidalanma və qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin icrasına nəzarət məqsədilə yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılacaq. Bu barədə AQTA-dan bildirilib. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının […]

Sosial

Azərbaycanda qadınların pensiyaya çıxma yaşı YÜKSƏLDİLDİ

2021-ci ilin iyulun 1-dən sonra qadınlar 62,5 yaşında pensiyaya çıxa biləcək.  İyulun 1-nə qədər qadınlar 62 yaşında pensiya çıxmaq hüququna sahib idi.  Qadınların pensiyaya çıxma yaşının artırılması “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Qanuna əsasən, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dən yaşa görə pensiya çıxacaq qadınların yaş həddi hər […]

Sosial

Bəzi küçələrdəki məhdudiyyət vaxtından əvvəl götürüləcək

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, dəyişikliyə əsasən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq: 07.06.2021-ci il səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində […]

Sosial

Gürcüstan Səfirliyindən azərbaycanlı gəncin Rusiyada öldürülməsi ilə bağlı – Açıqlama

Gürcüstanın Azərbaycandakı Səfirliyi Rusiyada azərbaycanlı gənc Vəkil Abdullayevin öldürülməsi ilə bağlı açıqlama yayıb. “XəbərAl.az” Oxu.az-a istinadən xəbər verir ki, səfirlikdən verilən açıqlamada deyilir: “Azərbaycan KİV-lərində, 28 May tarixində, Rusiya Federasiyasının Novosibirsk vilayətində, milliyyətcə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin bir polis məmuru tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan məqalələrlə bağlı bildiririk ki, Vəkil Abdullayev […]

Sosial

Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq? — TƏBİB-dən açıqlama

Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar üçün ödəniş tələb olunmur. XəbərAl.az xəbər verir ki, bu barədə APA-ya sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edək ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti […]