Siyasət

İlham Əliyev BMT ilə imzalanmış sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiq edilib.  President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.  Qeyd edək ki, saziş 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Xeberal.az

Siyasət

ÜST-nin baş direktoru: “Azərbaycan COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdi”

“Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdiniz”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib. Tedros Adhanom Qebreyesus bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam […]

Siyasət

Ali nümayəndə: “BMT sistemində islahatların aparılması çox vacibdir”

“Bu gün qlobal geosiyasi transformasiya ilə əlaqədar BMT sistemində islahatların aparılması çox vacibdir”. “Report” xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib. “BMT İkinci Dünya müharibəsindən sonra yaradılıb. Anladığımız kimi, təşkilatın hazırda islahatlara ehtiyacı var, çünki dünyamız indi daha […]

Siyasət

Milli Məclis: “Avropa Parlamenti Azərbaycana qarşı açıq qərəzini növbəti dəfə nümayiş etdirdi”

“Avropa Parlamenti martın 13-də qəbul etdiyi qətnamə ilə Azərbaycana qarşı olan açıq qərəzini növbəti dəfə nümayiş etdirib. Görünən odur ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib”. Bu fikirləri Milli Məclisin Avropa Parlamentinin “Avropa İttifaqı və Ermənistan arasında […]

Siyasət

Egils Levits: “Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır”

“Bakı zəngin keçmişə malik şəhərdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır”. AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyanın sabiq prezidenti Egils Levits XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib. “İnanıram ki, bu mötəbər tədbir iqlim dəyişikləri ilə bağlı […]

Siyasət

Valdis Zatlers: “Azərbaycan balanslaşdırılmış xarici siyasət aparır”

“Qlobal Bakı Forumu artıq təcrübəli bir platformaya çevrilib. Forum müxtəlif ölkələrdən, qitələrdən nümayəndələri bir araya gətirir”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Latviyanın sabiq prezidenti, XI Bakı Qlobal Forumun iştirakçısı Valdis Zatlers deyib. Sabiq prezident Qlobal Forumda iştirakçıların müzakirə olunan mövzularla bağlı öz fikirlərini bölüşdüklərini diqqətə çatdırıb. “Azərbaycan bu cür tədbirləri keçirmək üçün ən gözəl yerdir. Çünki […]

Siyasət

Moldovanın sabiq baş naziri: “Dünyada siyasi proqramı yenidən qurmalıyıq”

“Fikrimcə, biz dünyada siyasi proqramı yenidən qurmalıyıq”. Bunu “Report”a açıqlamasında Moldovanın keçmiş baş naziri Kiril Qaburiç deyib. O qeyd edib ki, parçalanmış dünyanı bərpa etmək üçün dialoq qurmaq vacibdir: “Bakı Forumu elə bir tədbirdir ki, dünyanın müxtəlif yerlərindən fərqli liderlər öz təəssüratları, öz baxışları ilə gəlirlər və bu məlumatları öz aramızda bölüşürük, bir-birimizdən öyrənməyə, təcrübələrimizi paylaşmağa […]

Siyasət

Ana Palasio: “Bakı Forumu qlobal qarşılıqlı fəaliyyət üçün mühüm platformadır”

“Bakı Forumu qlobal qarşılıqlı fəaliyyət üçün mühüm platforma və rifah üçün hərəkətverici qüvvədir”. “Report” xəbər verir ki, bunu İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, daha açıq cəmiyyət yaratmaq üçün bu prosesdə siyasi cəhətdən daha fəal iştirak etmək lazımdır. A.Palasio, həmçinin […]

Siyasət

Boris Tadiç: “Münaqişələrin qarşısının alınması üçün həll yollarının tapılmasına diqqət yetirmək lazımdır”

“Müasir dünyada həyatın müxtəlif aspektlərinə mənfi təsir göstərən bir çox münaqişələr var”. “Report” xəbər verir ki, bunu Serbiyanın sabiq prezidenti Boris Tadiç “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib. Onun sözlərinə görə, bu baxımdan beynəlxalq ictimaiyyət diqqəti gələcəkdə münaqişələrin qarşısını almaq üçün praktiki həll yollarının tapılmasına yönəltməlidir: “İsrail, Ukrayna və […]

Siyasət

Volkan Bozkır: “Fransa açıq şəkildə Ermənistana dəstək verir”

“Fransa silah satmaqla açıq şəkildə Ermənistana dəstək verir”. “Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun birinci panel müzakirəsində deyib. O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münaqişə danışıqlar nəticəsində həll olunmurdu: “Azərbaycan və Ermənistan arasındakı […]