Siyasət

Britaniyanın Azərbaycandakı səfirliyindən Ramazan təbriki – FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb. “Bütün Azərbaycan və dünya müsəlmanlarının Ramazan bayramı mübarək!” – paylaşımda qeyd edilib. Eid Mubarek to all Muslims in Azerbaijan and around the world! Ramazan Bayramınız mübarək olsun! pic.twitter.com/DhHyW4whBl — UK in Azerbaijan (@ukinazerbaijan) […]

Siyasət

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib – VİDEO

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. President.az-ın məlumatına görə, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb. Dövlət […]

Siyasət

ABŞ-nin Azərbaycandakı səfirindən Ramazan bayramı münasibətilə paylaşım – FOTO

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Ramazan bayramı münasibətilə paylaşım edib. Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat verilib. “Ramazan bayramı münasibətilə sizə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!” – paylaşımda qeyd edilib. ❝Ramazan bayramı münasibətilə […]

Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. Oxu.Az xəbər verir ki, “Instagram”dakı paylaşımda qeyd olunub: “İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! […]

Siyasət

Fikrət Sadıxov: “Ermənistanın mövqeyi gərginliyin saxlanılmasına yönəlib” – VİDEO

“Əgər bir ölkənin parlament sədri belə bəyanatlar verirsə, bu, Azərbaycanın necə mürəkkəb bir tərəflə danışıqlar apardığını göstərir”. Bunu politoloq Fikrət Sadıxov Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülh müqaviləsi ilə bağlı son açıqlamalarını şərh edərkən bildirib. “Baku TV” ilə söhbətləşən ekspert onu da qeyd edib ki, Simonyanın açıqlamaları sübut edir ki, Ermənistanın mövqeyi bölgədə gərginliyin saxlanılmasına […]

Siyasət

İlham Əliyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib – YENİLƏNİB + FOTO/VİDEO

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının […]

Siyasət

Ermənistanın siyasi iradəsizliyi: Zəngəzur dəhlizinin açılmasına maneələr yaradılır – VİDEO

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan biri də nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi səyləridir. Lakin bu istiqamətdə əsas rola malik olan Zəngəzur dəhlizi layihəsi region üçün geniş perspektivlər vəd etsə də, Ermənistanın siyasi iradəsizliyi dəhlizin açılmasına maneələr yaradıb. Alternativ olaraq da Xınzirək yolu və Pəmbək dəhlizi kimi təkliflər irəli sürülüb. Bəs bu […]

Siyasət

Politoloq: “İndi Paşinyana hər şeydə Moskva deyil, Qərb rəhbərlik edir”

İrəvan addım-addım Bakı ilə münasibətlərin həllindəki Moskvanın iştirakından qurtulmağa, Kremli Brüssel və Vaşinqtonla əvəzləməyə çalışır. Bunu NEWS.ru-ya açıqlamasında politoloq Dmitri Solonnikov deyib. O, Ermənistan rəhbərliyinin Cənubi Qafqazda qonşuları ilə münasibətlərini Almaniya rəhbərliyi ilə müzakirə etmək qərarını belə şərh edib. “İrəvan Moskva ilə həm siyasi, həm də iqtisadi münasibətləri tədricən bitirir. Ona görə də, Ermənistan lideri Nikol […]