Siyasət

İlham Əliyevin yeni qələbəsi – ŞƏRH

Radikal müxalifət Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etmək xəbərlərindən bərk əndişəyə düşdü. Müxtəlif bəhanələrlə Azərbaycanın qələbəsinə qara yaxmağa başladılar. Təkcə radikallar yox, adlarını demokratik qoyub, Azərbaycanın qələbələrinə sevinməyən bəzi digər kəslər də. Amma onlar “sirr” axtarsalar da, növbəti zərbəni də aldılar. Bəli, məlum oldu ki, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünü geri qaytarır. […]

Siyasət

Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdirlər”

“Azərbaycan və Ermənistan danışıqlar masası arxasında daha bir çox məsələləri vasitəçilərin iştirakı olmadan həll etməyə qadirdir”. Bunu “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiyaların səkkizinci iclasının yekunları üzrə aprelin 19-da Ermənistanın Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı qəbul edilmiş qərarı şərh edərkən deyib. “Burada […]

Siyasət

Ermənistanın və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı yalan məlumatlar yayılıb – FOTO

“Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır”. Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının […]

Siyasət

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. “Report”un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq. Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq Ukrayna nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur. Xeberal.az

Siyasət

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

“Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. “İstəməzdim ki, baş verənlərə çox yüksək qiymət verək, amma lazımi qiymət verilməməsini də istəməzdim. Qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq […]

Siyasət

Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür” – FOTO

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib. “Report” xəbər verir ki, Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri təmsil edən iştirakçılar yekun mərasim zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışını dinləyiblər. Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağın işğaldan azad edilməsi fonunda Azərbaycanın […]

Siyasət

Toyvo Klaar: “Aİ danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini dəstəkləyir” – FOTO/VİDEO

“Sərhəd komissiyalarının işi və hüquqi sənədlər, 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var”. Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “X” hesabında bildirib. Diplomat vurğulayıb ki, Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir: “Avropa İttifaqı danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini tam dəstəkləyir”, – […]

Siyasət

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev “Xəzər Xəbər”ə bildirib. Komitə rəsmisi həmçinin bildirib ki, ilin sonunadək 20 min keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı planlaşdırılıb. Doğma yurda dönənlərin hər biri […]

Siyasət

Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR – VİDEO

Ermənistan Qazaxın da kəndlərini işğal edib. Həmin kəndlərin yeddi mindən yuxarı əhalisi təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olublar. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb və hələ də məcburi köçkün həyatı yaşayırlar. Xezerxeber.az-ın məlumatına görə, Bağanis Ayrım kəndinin sakini bildirib ki, kənd İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb. Oxu.Az xəbər verir ki, “Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi yandıracağıq” adlı veriliş Zəngəzur mahalının Gorus rayonunun Şurnuxu kənd sakini Elza Həsənovanın həyat hekayəsinə həsr olunub. O, uşaqlıq illərindən söz açıb, Kəpəz dağının ətəyində, […]