Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanasının ərazisi 4 hektardır. Tikintinin ümumi sahəsi isə 21 min kvadratmetrdən çoxdur. Cərrahiyyə, […]
Siyasət
Əli Əsədovdan yüksək vəzifəyə TƏYİNAT
Nazirlər Kabineti Aparatına yeni şöbə müdiri təyin edilib. Bu barədə Baş nazir Əli Əsədov müvafiq əmr imzalayıb. Əmrlə Zakir Paşayev Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Prezident İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub (FOTO)
Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub. Prezident İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka gəldi. Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoydu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, […]
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisində Millət vəkili Fəzail Ağamalının çıxışı
On dördüncü sessiya, 06 mart 2015-ci il F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən müzakirəmizə çıxarılan bu qanun layihəsinin vacibliyini qeyd edirəm. Düşünürəm ki, bu qanunun müzakirəsi və qəbulu son dərəcə vacib və əhəmiyyətlidir. Vətəndaşlarımızın üzləşmiş olduğu bu və ya digər problemlərin həllində məmur məsuliyyətinin artırılması baxımından bu qanun son dərəcədə ciddi […]
Partiya sədrinin müavini: “Bu, bəyaz islahat”ın ən uğurlu addımı kimi dəyərləndirilməlidir”
“Əslində iqtidar, “müxalifətə siyasi dözümlülük” prossesinə bir neçə müddət öncədən başlamışdı” XəbərAL.az xəbər verir ki, bu sözləri “Ana Vətən” Partiyasının sədr müavini özünün feysbuk hesabında yazıb. Partiya sədrinin müavini Prezident Adminstrasıyasının siyasi partiya liderləri ilə görüşlər təşkil etməsini analiz edib. Sözügedən yazını sizlərə təqdim edirik: “Ötən həftənin gündəmi qardaş Türkiyə Cümhuriyyətinin Suriya ərazisində keçirdiyi hərbi əməliyyatlar olsa da, […]
Prezident Polşa səfirinin etimadnaməsini qəbul etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı iclası mətbuata açıq keçiriləcək
Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərlə bağlı iclası mətbuata açıq keçiriləcək. Bu barədə Konstitusiya Məhkəməsindən bildirilib. Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-i saat 10:00-a təyin edilib. Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdi.
Fəzail Ağamalı PA-nın şöbə müdiri ilə görüşündən danışdı: “Məmnun qaldım”
Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ana Vətən Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı ilə görüşüb. Bu barədə F.Ağamalı özü məlumat yayıb. “Azərbaycan Respublikasının Prezident Administiratsiyasının siyasi partiyalar və qanunvericlik hakimiyyətilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşümüz oldu. Görüş zamanı siyasi […]
İlham Əliyev: “Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq”
“Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edən zaman deyib. Dövlət başçısı bildirib ki, buna görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq: “Bu gün […]
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev İdlibdə 33 türkiyəli əsgərin şəhid olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə […]