Siyasət

İcma sədri Qərbi Azərbaycanla bağlı siyahıya alınan kəndlərin sayını açıqladı

“Hədəfimiz Qərbi Azərbaycanla bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır”. “Report” xəbər verir ki, bunu parlamentdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib. “Biz Qərbi Azərbaycan İcması olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının hazırda Ermənistanda […]

Siyasət

XİN başçısının müavini: “Qərbi Azərbaycana qayıdış bütün xalqımızın hədəfidir”

“Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin qaldırılması bütün Azərbaycan xalqının hədəfidir”. “Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. O xatırladıb ki, Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb: “Bu sənəd […]

Siyasət

İcma sədri: “Sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalıdır”

“Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır”. “Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib. O xatırladıb ki, bununla bağlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da hazırdır: “Son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın milli hüquqları pozulub. Bütün bunlar Çar Rusiyasının Qafqazı […]

Siyasət

Əli Əsədov Rusiyanın baş nazirinə məktub göndərib

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinə ad günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, məktubda M.Mişustinin Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfə qeyd olunur. Azərbaycan-Rusiya ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı təşəbbüslərin […]

Siyasət

Milan Lazoviç: “Kosovo ilə Qarabağ arasında bəzi paralellər aparmaq mümkündür” – ŞƏRH

“Kosovo ilə Qarabağ arasında bəzi paralellər aparmaq mümkündür”. Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç Oxu.Az-a şərhində deyib. Onun sözlərinə görə, son vaxtlar Serbiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında intensivləşmə müşahidə olunur. “Tam əminliklə deyə bilərik ki, Azərbaycan Serbiya üçün istər enerji məsələlərində – bu ümumiyyətlə əsas məqamdır, istərsə də ərazi bütövlüyünün […]

Siyasət

Azərbaycan Prezidenti Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Milli bayramı münasibətilə bolqarıstanlı həmkarı Rumen Radevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycanın Bolqarıstanla əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. “Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız […]

Siyasət

“Ziyalıların güllələnməsində əli olan erməniləri ifşa etdiyi üçün Heydər Əliyevə ciddi təzyiqlər olub” – VİDEO

“Ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işləməyə başladığı ilk günlərdən onun əsas maraq dairəsi repressiya illərində azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərin araşdırılması olub. Ulu öndər arxivləri qaldırıb, azərbaycanlı ziyalıların güllələnməsi, sürgün edilməsində iştirak edən üçlüklərin siyahısını hazırlayıb. Məlum olub ki, xalqımıza qarşı amansız cinayətlər törədən bu üçlüklərin əksəriyyəti milliyyətcə ermənidir”. Bu fikirləri “Trend” BİA-nın “Sahil […]

Siyasət

Bir qrup xarici jurnalist Ağdama və Füzuliyə səfər edəcək

Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdam və Füzuli rayonlarına, eləcə də Şuşa şəhərinə səfər edəcəklər. “Report” xəbər verir ki, səfərdə 30-dan çox jurnalist iştirak edəcək. Bu gün xarici mətbuat nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonunu ziyarət edəcək, burada ərazilərin minalardan təmizlənməsi prosesi ilə […]

Siyasət

DSX-dən Vasif Talıbovun Naxçıvanın 21 hektar ərazisini İrana satması iddialarına CAVAB

Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran İslam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilir: “Bildiririk ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhəd xətti və sərhəd […]