Sənaye və energetika

Azərbaycan neftinin qiyməti 71 dolları keçdi

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,91 ABŞ dolları, yaxud 1,30% artıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,08 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda […]

Sənaye və energetika

İlham Əliyev SOCAR-a iki yeni vitse-prezident təyin etdi

Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Sənaye və energetika

Azərbaycan və Bolqarıstan Prezidentləri energetika sahəsində əməkdaşlığı müzakirə ediblər

Avqustun 9-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan […]

Sənaye və energetika

“Aİ-98” markalı benzin də bahalaşdı

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. Bunu Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib. O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub: “Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti […]

Sənaye və energetika

Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

Bu ilin 6 ayı ərzində Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir. Məlumata görə, qazın 6,4 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 10 mlrd kubmetri “Şahdəniz”dən əldə edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə […]

Sənaye və energetika

Bu il Azərbaycan qaz ixracını 36 % artırıb

Bu ilin yanvar-iyun ayında Azərbaycanın xaricə qaz satışı təxminən 9,1 mlrd kubmetr təşkil edib. Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir. Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 % çoxdur. Bu ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 mlrd kubmetr, […]

Sənaye və energetika

Azərbaycanda benzin bahalaşdı

“Aİ-95” (“Premium”) markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib. XəbərAl.az xəbər verir ki, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir. “Aİ-95” markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və “Azpetrol” YDM-lərində yeni qiymətə satılır. “Aİ-92” və dizel yanacağının pərakındə satış […]

Sənaye və energetika

Bu il Azərbaycan xaricə 11 milyon dollarlıq neft koksu satıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 160 min ton neft koksu ixrac edib. XəbərAl.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 10,8 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,1 % olub.

Sənaye və energetika

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu artırdı

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci və 2022-ci illər üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozlarını müvafiq olaraq 0,04 və 0,03 milyon barel artırıb. XəbərAl.az xəbər verir ki, bu barədə qurumun iyul ayı üzrə hesabatında bildirilir. Məlumata görə, hesabatda deyilir ki, Azərbaycanda maye karbohidrogen hasilatı növbəti illərdə müvafiq olaraq gündəlik […]

Sənaye və energetika

Azərbaycan nefti 76 dollara qədər ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,94 % azalıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]