Manşetüstü Region

Şəhid sayı artır – Qardaş ölkə yasdadır

Türkiyənin Diyarbəkr vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ölənlərin sayı 7-ə çatıb. XəbərAl.az xəbər verir ki, bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlayıb. “Kustar üsulla hazırlanan partlayıcının avtomobil keçərkən işə düşməsi nəticəsində 7 övladımız, insanımız, qardaşımız haqqın rəhmətinə qovuşub. Allah rəhmət eləsin. Hazırda 10 […]

manset Region

Türkiyənin bu bölgələrinə getməyin – ABŞ-dan RƏSMİ XƏBƏRDARLIQ

Türkiyənin Batman, Bingöl, Bitlis, Diyarbəkir, Qaziantep, Hakkari, Hatay, Kilis, Mardin, Şanlıurfa, Siirt, Şırnak, Tunceli və Van bölgələri xarici turistlərin səyahəti üçün təhlükəlidir. XəbərAl.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti bəyan edib. Departament ABŞ vətəndaşlarına sözügedən bölgələrə səyahət etməməyi tövsiyə edib. Buna səbəb olaraq terrorizm və təhlükəsizlik qüvvələrinin istədiyi formada insanları həbs etməsi göstərilib. Bildirilib […]

manset Region

Rusiya ordusu Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: kütləvi qırğın silahının tətbiqi və…

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının 500-dən çox hərbi qulluqçusu komanda-qərargah təlimləri çərçivəsində öz bazalarını tərk edib və Alagöz yaylaqlarına doğru 100 kilometr məsafədə yürüşə çıxıb. Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti bildirir. “Rusiyanın Ermənistandakı hərbi bazasının rota taktiki qrupları düşmənin kütləvi qırğın silahı tətbiq etməsi şəraitində Kamxud poliqonundan dağ yolları ilə Alagöz poliqonuna doğru […]

manset Region

Türkiyə ordusu Sarakibə girdi

Türkiyənin zirehli transportyorları Suriyanın İdlib vilayətindəki Xan Şeyxun şəhərinə doğru irəliləyir. XeberAl.az xəbər verir ki, bu bəyanatı Suriya Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Türkiyənin zirehli transportyorları artıq Sarakib şəhərinə daxil olub. Qeyd edək ki, bundan öncə “RİA Novosti” Xan Şeyxunun bir hissəsinin Suriya ordusunun nəzarətinə keçdiyi haqqında məlumat yaymışdı.

Manşetüstü Region

Paşinyan Qarabağa gəlir

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edəcək. XeberAl.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, o, avqustun 6-da Xankəndidə 7-ci panerməni oyunlarının açılışında iştirak edəcək. Qeyd edək ki, Paşinyan sonuncu dəfə Qarabağa mayın 9-da səfər edib. Bu səfərdən cəmi bir həftə sonra separatçılarla İrəvanın münasibətləri gərginləşib. […]

Region

Bakıda 32 yaşlı kişini avtomobil vurub

Sabunçu rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki baldır sümüyünün sınığı diaqnozu qoyulub. B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Sabunçu […]

Region

Qarğıdalı sahəsinə yollanan Ağdam sakininin meyiti tapılıb

Ağdamda 55 yaşlı kişinin meyiti qarğıdalı sahəsində tapılıb. APA-nın yerli muxbirinin xəbərin görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini Sərxan Mehdiyev sahədən qarğıdalı yığmaq üçün evdən çıxdığını bildirib. Lakin ailə üzvləri S.Mehdiyevin evə gəlmədiyindən narahat olduğu üçün onun axtarışlarına başlayıb və S.Mehdiyevi sahədə ölü vəzyyətdə aşkar ediblər. Hadisə ilə bağlı Ağdam Rayon Polis […]

Region

Gəncədə 9 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Əli Rüstəmzadə ticarət mərkəzində hündürlükdən yıxılıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Region

Şirvan sakini bacısının evinə hücum edərək onun oğlunu bıçaqlayıb

Şirvan sakini dayısı tərəfindən bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə 23:00 radələrində Şirvan şəhəri, Neftçilər küçəsi ev 21 ünvanında qeydə alınıb. Aralarında yaranmış münaqişə zəminində Şirvan sakini, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Şəxsiyyət Məmməd oğlu bacısının yaşadığı fərdi yaşayış evinə hücum edərək bacısı oğlu, 1984-cü il təvəllüdlü Əhmədov Elmin Elxan oğluna bədəninin müxtəlif nahiyələrinə […]