Müsahibə

Corc Dik: “Hər bir İsrail vətəndaşı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik” – MÜSAHİBƏ

“Hər bir İsrail vətəndaşı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik”. Bu fikirləri İsrailin ölkəmizdəki səfiri Corc Dik AZƏRTAC-a müsahibəsi zamanı deyib. Səfir Holokost faciəsi, Azərbaycanın multikultural dəyərləri, İsrail-Fələstin münaqişəsi, bəzi beynəlxalq təşkilatların və ölkələrin Azərbaycana qarşı təzyiqi ilə bağlı danışıb. – Cənab səfir, Holokost həm dünya, həm də yəhudi xalqının tarixində dəhşətli faciələrdən və ağır yaralardan biri […]

Müsahibə

Qurban Qurbanov “Qarabağ”, Azərbaycan futbolunun problemləri və milli haqda – MÜSAHİBƏ + VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolunun problemləri və milli haqda açıqlamalar verib. O, bu barədə İTV-yə müsahibəsində bəhs edib. Qurban Qurbanov bildirib ki, ölkə futbolunun qarşısına hansı məqsədin qoyulduğunu və klubların nə cür, hansı uğurları əldə etmək istədiklərini anlamır. Baş məşqiçi uşaq futbolunun yaxşılaşdırılması, stadionların yaxşı olmayan süni ot örtüyü ilə döşənməsi və futbola ayrılan maliyyə […]

Müsahibə

Qonçarenko: “Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırması İrəvanın maraqlarına uyğun deyil” – MÜSAHİBƏ

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin bu qurumda hökm sürən irqçilik, azərbaycanofobiya və islamofobiya fonunda fəaliyyətini dayandırmaq qərarı gözlənilən idi. Bundan dərhal sonra AŞPA deputatları Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina etdilər. Avropa Şurası Parlament Assambleyasındakı səsvermədən əvvəl siyasi analitikləri maraqlandıran əsas məsələ Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin necə davranacağı idi. Nəticədə erməni deputatlar […]

Müsahibə

Maliyyəçi Nisə Əsgərli: “Pula qənaət etmək düzgün deyil” – MÜSAHİBƏ + FOTO

Sirr deyil ki, pulu çox qazananların da, az qazananların da işlətdiyi bir ifadə var: “Heç nəyə pul çatdırmaq olmur”. Ümumiyyətlə, “çox pul”, “az pul” anlayışı harada başlayır, harada bitir? Niyə biz nə qədər qazanmağımızdan asılı olmayaraq, heç nəyə pul çatdıra bilmirik? Bəlkə, biz pulla doğru-düzgün davranmırıq? Kredit asılılıq yarada bilərmi? Maliyyəçi Nisə Əsgərli ilə bu […]

Müsahibə

Qanlı Yanvarın həkim şahidi: “Bizə dedilər ki, siz gedin, məlumat gətirin, sizə dəyməzlər” – MÜSAHİBƏ + FOTO

“20 Yanvar faciəsi heç vaxt unudulmur. Çünki azadlıq mübarizəmizin başlandığı tarix, qürurverici qəhrəmanlıq salnaməmizdir”. Bunu Oxu.Az-a müsahibəsində Qanlı Yanvar faciəsinin şahidi olan, Təcili Tibbi Yardım Xidmətinin həkimi Yusif Musayev deyib. Müsahibəni təqdim edirik: – Yusif bəy, 20 Yanvar faciəsini Bakıda yaşayanlardansınız. – Bəli. 1959-cu ildə Qərbi Azərbaycanda, Zəngəzur vilayətində anadan olmuşam. Orta təhsilimi orada almışam. […]

Müsahibə

Reza Deqati: “Yaxınımı axtarmaq adı ilə morqa girib şəhidləri çəkdim” – MÜSAHİBƏ + FOTO

“20 Yanvardan sonra qırmızı qərənfil çiçəyi qanlı gecəni təmsil etdi. Hər il bu çiçəklərlə müstəqillik uğrunda canlarından keçənlərin xatirəsi yad edilir”. Bunu Oxu.Az-a müsahibəsi zamanı azərbaycanəsilli tanınmış fotojurnalist Reza Deqati bildirib. – Siz yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan sonra şəhərə gəlmisiniz. Necə oldu ki, belə qərar verdiniz? – […]

Müsahibə

Mübariz Tağıyev: “Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər” – MÜSAHİBƏ + FOTO

“Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər”. Bunu Xalq artisti Mübariz Tağıyev AzVision.az a müsahibəsində deyib. Onunla müsahibəni təqdim edirik: – Mübariz müəllim, 2024-cü il incəsənətimiz üçün itkilərlə başladı. Məsələn, Gülbahar Şükürlünü, Aygün Bəyləri itirdik. Bir sıra sənət adamlarımız xəstələndi. Bəs sizin üçün il necə başladı? – Keçən ilin uğurları o qədər böyük idi ki. Uzun illər boyu gözlədiyimiz […]

Müsahibə

Şahin Diniyev: “Bizim bəlamız “Turan Tovuz”la oyundan sonra başladı” – MÜSAHİBƏ

“Heyətimizi keniyalı Ayub Masika və qvineya-bisaulu Madi Queta ilə gücləndirdik. Onların kollektivə uyğunlaşma dönəmi də vacib olacaq”. Bunu “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev “Report”a müsahibəsində deyib. Müsahibəni təqdim edirik: – Premyer Liqada qış fasiləsi artıq başa çatır. İlk yarını necə dəyərləndirmək olar? – Mövsümə yaxşı başlamadıq, ilk üç turda 1 xal topladıq. Daha sonra […]

Müsahibə

Loqoped-Defektoloq Xavər Abdullayeva: Kəkələmələr bir çox hallarda psixoloji travmalar səbəbindən baş verir

Düzgün və gözəl nitq övladlarımızın hərtərəfli inkişafı üçün olduqca vacibdir. Uşaqlarda nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim vasitəsilə qarşısının alınması və aradan qaldırılması isə loqopedik məşğələlər sayəsində mümkündür. Həmsöhbətimiz Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasının təsisçisi, Beynəlxalq Psixologiya Akademiyasının fəxri doktoru, Sankt-Peterburq şəhərinin Elmi-Tədqiqat İnstitutunun həqiqi üzvü, defektoloq-loqoped Xavər Abdullayeva ilə uşaqlarda nitqin inkişafı problemi, fəsadları və müalicəsi mövzusunda danışdıq. – Xavər […]