Müharibə

Rusiya XİN: “Azərbaycan lokal xarakterli antiterror tədbirlərinin başlanması ilə bağlı bizə xəbərdarlıq edib”

Azərbaycan hadisələrin başlamasına bir neçə dəqiqə qalmış Qarabağda erməni hərbçilərinə qarşı lokal xarakterli antiterror tədbirlərinin başlanması barədə Rusiya sülhməramlılarını xəbərdar edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Məlumat hərbi əməliyyatların başlamasından bir neçə dəqiqə əvvəl Rusiya kontingentinə çatdırılıb”, – deyə o vurğulayıb. Mənbə: TASS Xeberal.az

Müharibə

Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib

“Hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib. Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda […]

Müharibə

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib – VİDEO

Sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Xeberal.az

Müharibə

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Bu barədə ATƏT sədri özünün “X” hesabında bildirib. Onun sözlərinə görə, görüş bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində baş tutacaq. ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri […]

Müharibə

Rusiyalı ekspert: “Bakı, nəhayət, Qarabağ məsələsinə nöqtə qoymaq qərarına gəlib” – FOTO

“Azərbaycanın Qarabağda antiterror tədbiri keçirməsi qərarı gözlənilən idi. Çünki rəsmi Bakının səbir kasası daşmışdı”. Bunu APA-nın Moskva bürosuna müsahibəsində rusiyalı hərbi-siyasi analitik Yevgeni Mixaylov bildirib. “Azərbaycan Qarabağda xüsusi antiterror tədbiri keçirmək qərarına gəlib. Bu gözlənilən idi. Çünki İrəvan və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri müntəzəm olaraq regionda, iki ölkənin sərhədində təxribatlara əl atırdılar. Bu gün isə Azərbaycanın Xocavənd […]

Müharibə

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti atəş nöqtələri məhv edilib – VİDEO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri və hərbi təyinatlı obyektlər bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Xeberal.az

Müharibə

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə türkiyəli həmkarı arasında telefon danışığı olub

Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb. Qardaş ölkə Türkiyənin, […]

Müharibə

MN: Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə məlumatlar tamamilə yalandır

Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksəkdəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – deyə məlumatda qeyd olunur. […]

Müharibə

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, general-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında […]