MDB

Rusiya FTX Moskva regionunda terror aktının qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda terror aktının qarşısını alıb. Bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Bildirilib ki, FTX-nın əməliyyatçıları İŞİD terror təşkilatı yuvasının Moskva regionunda hazırladığı terror aktının qarşısını alıblar. Vladimir vilayətində Mərkəzi Asiya ölkələrindən birinin qruplaşma iştirakçısı olan vətəndaşı saxlanılıb. Radikal islamçıların olduğu məkandan əldəqayırma partlayıcı qurğu, digər predmet və […]

MDB

Ermənistanda son sutkada COVID-19-a 1 563 yoluxma qeydə alınıb, 38 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 563 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb. “Sputnik Armenia” verdiyi xəbərə görə, Ermənistanda indiyədək COVID-19-a yoluxanların sayı 129 085 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 040 nəfərə çatıb. Ermənistanda xəstəlikdən sağalanların sayı 100 913 nəfərdir.

MDB

Sovet illərinin məşhur ingilis dili dərsliyi “Bonk kitabı”nın müəllifi vəfat edib

Sovet İttifaqı dövründə populyar olan İngilis dili dərsliyinin müəllifi, A.M.Qorki adına Ədəbiyyat İnstitutunun professoru Natalya Bonk vəfat edib. Xəbəral.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin saytında məlumat yer alıb. “Ömrünün 97-ci ilində bir əfsanə, məşhur xarici dillərin tədrisi metodlarının müəllifi, görkəmli dilçi, Ədəbiyyat İnstitutunun professoru Natalya Aleksandrovna Bonk bizi tərk […]

MDB

Moskvada baş vermiş terror hadisələri ilə bağlı polis polkovniki barəsində həbs qərarı çıxarılıb

Moskvanın Basmannı Məhkəməsi Dağıstanın Kizlyar rayonunun polis rəisi, polis polkovniki Qazi İsaev barəsində 2010-cu ildə Moskvada baş verən terror hadisələrində iştirakı ilə bağlı həbs qərarı çıxarıb. Bu barədə RİA Novosti-yə məhkəmənin mətbuat katibi İrina Sofinskaya məlumat verib. Bildirilib ki, Qazi İsayevə qarşı həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin icrası 4 yanvar 2021-ci il tarixinədək təmin […]

MDB

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər. Xəbəral.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, etirazçılar onları maraqlandıran suallara cavab almaq üçün sabiq müdafiə naziri David Tonoyanla görüş tələb edirlər. Onlar itkin düşmüş hərbçilərin aqibəti barədə məlumat almaq istəyirlər. Etirazçıların önünə […]

MDB

Kreml Putinin Baydeni nə vaxt təbrik edəcəyinə aydınlıq gətirib

Vladimir Putinin Co Baydeni təbrik etməsindən öncə ABŞ-da prezident seçkilərində qələbə barədə rəsmi elanı və məhkəmə iddialarının yekunlarını gözləmək lazımdır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Birincisi, seçilmiş prezident elan edilməlidir. Əslində, fəaliyyətdə olan prezident seçkilərin nəticələrini tanımalıdır və bütün məhkəmə iddiaları bitməlidir. Lakin aydındır ki, bu hələ baş verməyib”, – deyə […]

MDB

Maya Sandunun Moldovada prezident seçkilərinin qalibi olduğu rəsmiləşib

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 15-də keçirilmiş prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb. Xəbəral.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, yekun nəticələrə əsasən “Fəaliyyət və Həmrəylik” partiyasının rəhbəri Maya Sandu qalib gəlib. Nəticə MSK-nın videokonfrans formatında baş tutan iclasında elan olunub.    “Ən çox səs toplayan, namizədliyi “Fəaliyyət və Həmrəylik” partiyası tərəfindən irəli sürülən […]