MDB

Rusiya bu ölkələrlə təlimlər keçirəcək

“Rusiya, Tacikistan və Özbəkistan kompleks hərbi təlimlər keçirəcək”. XəbərAl.az xəbər verir ki, bunu tacik həmkarı Şerali Mirzo ilə görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, təlimlər ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda yaranan təhlükələr ilə əlaqədardır. Şoyqu əlavə edib ki, Rusiya ilk olaraq Tacikistan, daha sonra Özbəkistanla ayrı-ayrılıqda təlimlər keçirəcək. […]

MDB

Lavrovla Kerri arasında telefon danışığı oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub. “XəbərAl.az” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon söhbəti zamanı Kerrinin Moskvaya səfərinin nəticələri, ətraf mühit sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti və Qlazqo şəhərində keçirilməli olan Birləşmiş Millətlər Təşkilatının […]

MDB

Gürcüstan parlamentində insident baş verib

Gürcüstan parlamentinin növbədənkənar sessiyasının plenar iclasında qarşıdurma baş verib. “Report”un yerli bürosu xəbər verir ki, ölkənin daxili işlər naziri Vaxtanq Qomelaurinin iclas zalına daxil olması səs-küyə səbəb olub. Nazir çıxışına vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ailəsinə başsağlığı verməklə başlayıb. Bu zaman müxalifət partiyalarının nümayəndələri əllərində operatorun fotoşəkilləri ilə tribunanın qarşısında dayanıblar. Onlar bildiriblər […]

MDB

Avropa Şurasının prezidenti İrəvana səfər edib

Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edib. XəbərAl.az “Armenpress”ə istinadla xəbər verir ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində Şarl Mişel Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək. Görüşdən sonra Nikol Paşinyan və Avropa Şurasının prezidenti mediaya açıqlamalar verəcəklər. Avropa Şurasının prezidenti, həmçinin, Ermənistan prezidenti Armen Sarkisyanla görüşəcək.

MDB

Baydenlə Merkel “Vaşinqton Bəyannaməsi” imzaladı

İyulun 15-də ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkelin görüşü “Vaşinqton Bəyannaməsi”nin imzalanması ilə başa çatıb. “XəbərAl.az” TASS-a istinadən xəbər verir ki, bəyannamənin mətnini Ağ Ev yayımlayıb. “Münasibətlərimizin əsası demokratik prinsiplərə, dəyərlərə və institutlara ümumi sadiqlikdir”, – bəyannamədə deyilir. Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürürlər. “Bütün dünyada bütün millətlər öz siyasi quruluşlarını müəyyənləşdirməklə […]

MDB

Bu gün Putinlə Lukaşenkonun görüşü olacaq

Bu gün Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçiriləcək. “XəbərAl.az” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutacaq. Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər. Prezidentlər, həmçinin dünya gündəmində olan məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.

MDB

Putin Ukraynadan yazdı: “Biz vahid xalqıq”

Rusiya Prezidenti Vladimir Putin rusların və ukraynalıların tarixi birliyi haqqında məqalə yazıb. XəbərAl.az xəbər verir ki, məqalə Kremlin saytında dərc olunub. Məqalə, həmçinin, Ukrayna dilində çap olunub. Rusiyalı lider məqaləsində qeyd edir ki, son illər iki dövlət arasında hörülmüş divarlar bədbəxtlik və faciədir: “Bunlar, ilk növbədə, müxtəlif dövrlərdə etdiyimiz səhvlərimizin nəticələridir. Həm də həmişə birliyimizi sarsıtmağa […]

MDB

Bayden edam cəzasının ləğvini istəyir

ABŞ Prezidenti Co Bayden ölkədə ölüm hökmünün ləğv edilməsinin tərəfdarıdır və bu sahədə moratorium elan edilməsini irəliyə doğru atılmış addım hesab edir. “XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib. “Prezident edamlara son qoymaq istədiyini açıq şəkildə bildirdi. O, Baş Prokurorluğun irəliyə doğru addım atmasından məmnundur”, – deyə […]

MDB

Putin SSRİ-nin bərpası barədə danışdı

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası barədə danışıb. TASS xəbər verir ki, dövlət başçısı ənənəvi illik birbaşa xətt zamanı bu ideyanı mənasız adlandırıb. “Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, – deyə o, bəyan edib. Putinin sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün […]

MDB

Bayden Paşinyanı təbrik etdi

ABŞ Prezidenti Cozef Bayden Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı uğurlu parlament seçkiləri münasibətilə təbrik edib.  “XəbərAl.az” xəbər verir ki, ABŞ Prezidenti bu barədə rəsmi tvitter hesabında paylaşım edib. “Ermənistan xalqını və Baş nazir Nikol Paşinyanı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Ermənistanla tərəfdaşlığımız demokratik islahatlar və münaqişələrin həlli sahəsində ortaq dəyərlərə və […]