MARAQLI

Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olundu – VİDEO

Meksikanın “Tiqres” klubunun qapıçısı ölkə çempionatında tribunadan rəqibinin gözünə lazer işığı saldığı üçün 11 oyunluq diskvalifikasiya olunub. Bu barədə Meksika Futbol Federasiyasının saytında məlumat verilib. Hadisə aprelin 13-də “Monterrey”lə oyunda (2:2) baş verib. Qusman oyunda iştirak etməyib, lakin tribunada olarkən rəqib qapıçı Esteban Andradeyə müdaxilə etməyə çalışıb – onun gözünə lazer işığı salıb. Argentinalının bu […]

MARAQLI

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Günəş Yer üçün maqnit qasırğası hazırlayır. Bu barədə “Phobos” hava mərkəzinin mütəxəssisləri xəbərdarlıq ediblər. Müşahidə məlumatlarına görə, ulduzun cənub yarımkürəsində, Yerə baxan tərəfində alov enerjisinin sürətlə yığılması müşahidə olunur. Son günlərdə günəş ləkələrinin sahəsi demək olar ki, 100% artıb. Yerin orbiti yaxınlığında rentgen şüalarının aktivliyi isə 5 dəfə çoxalıb. Bu, ilin əvvəlindən bu yana maksimumdur. […]

MARAQLI

ABŞ alimlərindən ŞOK: “İnsan öləndən sonra ruh yaşamağa davam edir”

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra “yaşamağa” davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki “mikroborucuqlardan” yarandığı və bunun sayəsində insanın fiziki ölümündən sonra da mövcud ola biləcəyi konsepsiyasını təklif ediblər. Alimlər şüurun kvant səviyyəsində “zülal mikroborucuqlarda” qaldığına […]

MARAQLI

Nəhəng insanlar yer üzündən necə yox oldular? – ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında “Yer kürəsinin nəhəngləri” adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zənn edirdilər ki, boylarının hündür olmasına görə suda batmayacaqlar. Rəvayətlərə inansaq, Nuh öz gəmisinə Uucca adlı […]

MARAQLI

Kventin Tarantino Bred Pittlə çəkəcəyi filmdən imtina etdi

Rejissor Kventin Tarantino sonuncu olduğunu elan etdiyi “Kino tənqidçisi” filminin çəkilişi ilə bağlı fikrini dəyişib. Bu filmin baş rolunda aktyor Bred Pitt çəkilməli idi. Film 1970-ci illərdə pornoqrafik jurnal üçün filmlər barədə rəylər yazan tənqidçinin hekayəsinə əsaslanır. Qeyd olunur ki, Tarantino ssenarini yenidən yazıb. Nəticədə çəkilişlər təxirə salınıb. Sonra isə layihədən tamamilə imtina edib. Mənbə: […]

MARAQLI

İndoneziyada ildırım və vulkan püskürməsindən möhtəşəm görüntülər – FOTO/VİDEO

İndoneziyada Ruanq vulkanının püskürməsi fonunda Sulavesi adasındakı hava limanı bağlanıb. Bu barədə yerli hökumət nümayəndələri xəbər verib. Bildirilir ki, təbii fəlakətlə əlaqədar 30 mindən artıq insan təxliyə edilir. Bundan başqa püskürmə nəticəsində sunami təhlükəsi barədə də xəbərdarlıq ediblər. “Taqulandanq adasındakı icmalar, xüsusən də çimərlik yaxınlığında yaşayanlar vulkanın dənizə çökməsi nəticəsində yarana biləcək qaynar qaya püskürmələri, […]

MARAQLI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni versiyası təqdim olundu – VİDEO

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin rəsmi “YouTube” kanalında Azərbaycanın müsabiqə üçün hazırladığı “Özünlə apar” mahnısının yeni versiyası (“oktava version”) təqdim olunub. “Oktava version”da mahnının musiqi və vokal əhvali-ruhiyyəsi qorunub saxlanılsa da, trek fərqli səslənir. Qeyd edək ki, Azərbaycanın “Avroviziya” treki müasir estrada musiqisi ilə ənənəvi etnik motivlərin sintezini özündə birləşdirir. Fahree (Fəxri İsmayılov) tərəfindən yazılmış “Özünlə […]

MARAQLI

“Qapı effekti”, yuxuda danışmaq, üzün qızartısı: İdarə edə bilmədiyimiz qabiliyyətlərimiz – ARAŞDIRMA

Alimlər insan orqanizminin idarə edə bilmədiyi qabiliyyətlərini müəyyən ediblər. Onlardan biri “qapı effekti”dir. İnsan nəyisə etmək və ya nəyisə götürmək üçün bir otaqdan digərinə keçəndə bəzən məhz niyə ora getdiyini unudur. Burada yorğunluq əsas amil deyil; Çox güman ki, məlumat “sıfırlandıqda” insan “qapı effekti”lə üzləşir. İkinci yerdə üzün qızartısı durur. Bu fenomen daha tez-tez həssas […]

MARAQLI

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi – VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredit imzalatmağa çalışıb. “Əmi, dinləyirsən? Sən bunu imzalamalısan. Sənin yerinə mən imza ata bilmərəm. […]

MARAQLI

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? – Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

Qızıl – minilliklər boyu ən qiymətli metallardan biri hesab olunub, buna görə də onun barəsində çoxlu sayda miflər mövcuddur. Rusiyalı mütəxəssis Natalya Naxodkina bu dəyərli əşya barədə yanlış düşüncələrdən danışıb. Qızıl məmulatlarının mütləq sarı olması barədə mif Mütəxəssisin sözlərinə görə, ilkin formada qızıl doğrudan da parlaq sarı rəngə malikdir. “Zinət əşyalarında görməyə adət etdiyimiz qızıla gəlincə, […]