Dünya Manşetüstü

Çində zəlzələ oldu

Çin Xalq Respublikasının Tayvan adasında 5 bal gücündə zəlzələ olub. XeberAl.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 12:05-də Xualien dairəsində qeydə alınıb. Zəlzələ ocağı yer səthində 6 kilometr dərinlikdə olub. Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Dünya Manşetüstü

Türkiyədə qorxunc hadisə – 37 nəfər…

Türkiyədə Bolu dağ ilə Ankara arasındakı şosedə sərnişin avtobusu ilə ağır tonnajlı yük avtomobili toqquşub. XeberAl.az xəbər verir ki, dumanlı hava şəraitində baş vermiş qəzada 37 nəfərin yaralandığı bildirilir. Onlardan üçünün vəziyyəti ağırdır. Hadisə ilə bağlı istintaq aparılır. Gecə saatlarında baş vermiş hadisə səbəbindən yolda hərəkət 2 saat dayanıb.

Cəmiyyət Manşetüstü

Bakı metrosunda sərnişinin halı pisləşib

Bakı metrosunda orta yaşlı qadının halı pisləşib. XeberAl.az  xəbər verir ki, hadisə “28 May” və “Nizami Gəncəvi” metrostansiyaları arasında hərəkət edən qatarda baş verib. Qatar “Nizami Gəncəvi” stansiyasına çatdıqdan sonra, qadın vaqondan düşürülərək tibb işçilərinə təhvil verilib. Hazırda qadına tibbi yardım göstərilir.

İdman Manşetüstü

“Mançester Siti” “Tottenhem”lə heç-heçə edib

“Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasının II tur matçında London “Tottenhem”i ilə heç-heçə edib. XeberAl.az xəbər verir ki, Mançester şəhərində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Ev sahiblərinin heyətində Rahim Sterlinq və Serxio Aquero fərqlənib. Qonaqların qollarını Erik Lamela və Lukas Moura vurub. “Mançester Siti” üçüncü turda səfərdə “Bornmut”la qarşılaşacaq, “Tottenhem” “Nyukasl Yunayted”i […]

Cəmiyyət Manşetüstü

Dövlət qulluğuna qəbul üçün imtahan keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir. DİM-dən XeberAl.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 383, BB qrupu üzrə 1118 […]

Hadisə Manşetüstü

Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib. XeberAl.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Günel Əhmədova işlədiyi kafedə müştərilərlə mübahisə edib. Nəticədə o iki naməlum kişi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkən bu barədə Qaradağ Rayon Polis İdarəsinə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

Dünya Manşetüstü

Amerikalı aparıcı təyyarə qəzasında öldü

Amerikalı aparıcı Nensi Parker Yeni Orleanda təyyarə qəzası nəticəsində ölüb. XeberAl.az xəbər verir ki, qadın havada çətin manevrlər edən pilot haqqında reportaj hazırlayırmış. Teleşirkətin məlumatına görə, reportajın qəhrəmanı da aviaqəzada ölüb. Bildirilir ki, təyyarə Yeni Orlean aeroportu yaxınlığındakı sahəyə düşüb. Hazırda qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Cəmiyyət Manşetüstü

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. XeberAl.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində […]

Hadisə Manşetüstü

Ucarda “sirli varlıq” peyda oldu: Kənd sakinləri təşvişdədir

Bir neçə gündür ki, Ucar rayonunun Çiyni kəndinin sakinləri arasında kənddə qulyabaninin dolaşması ilə bağlı ciddi təşviş yaranıb. Kəndlilər kəndin gah bu, gah digər tərəfində gözə dəyən həmn əcaib canlının nə olduğunu bilmirlər. Hətta “qulyabani” adını eşidib halı pisləşən, təcili tibbi yardıma müraciət edən də var. İş o yerə çatıb ki, kəndin kişiləri gündüz saatlarında […]

Cəmiyyət Manşetüstü

Azərbaycanın boru istehsalçısı cərimələndi

Bakı Apelyasiya Məhkəməsində “MET-AK” MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda “MET-AK” MMCnin cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans […]