İdman Manşetüstü

Ronaldodan etiraf: Anamı matçı izləməyə qoymuram

“Yuventus”un hücumçusu Kristiano Ronaldo anasına vacib qarşılaşmaları izləməyi qadağan etdiyini bildirib. XəbərAl.az xəbər verir ki, bu barədə ulduz futbolçu “Mirror” nəşrinə müsahibəsi zamanı danışıb. Onun sözlərinə görə, sözügedən qadağaya səbəb anasının qarşılaşmalar zamanı oğlu üçün ciddi narahatlıq keçirməsidir. “O, çox həyəcanlanır. Hazırda vacib oyunlara baxmasına icazə vermirəm. Dostlarımdan onunla qalmalarını xahiş edirəm, dayanmadan evdə dolanır. […]

Hadisə Manşetüstü

Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Qazel” markalı avtomobilin “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri 1991-ci il təvəllüdlü Səmədov Araz Mübariz oğlu və 1996-cı il təvəllüdlü Əhədov Cəlil Əhəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. […]

Hadisə Manşetüstü

Masallıda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıblar

Masallıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar. Bu barədə XəbərAl.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon sakini K.Məmmədovanın 50 manatını və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini F.Abdullazadə saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun həmyerlisi olan […]

İdman Manşetüstü

Mahir Emrelinin evini yaranlar tutuldu – FOTOLAR

“Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. XəbərAl.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı […]

İqtisadiyyat Manşetüstü

“Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” – ETİRAZ

Son günlər sosial evlərin bir qisminin kirayə kimi təklif edilməsi məsələsi müzakirələrə səbəb olub. Belə ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb. Sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək, qazanc əldə etməyə çalışır. Nəticədə, sosial […]

Manşetüstü Mədəniyyət

Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ

Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum tarixidir. XəbərAl.az-ın məlumatına görə, Ü.Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabədidə doğulub. Kənd mirzəsi ailəsində doğulan Üzeyirin iki qardaşı, iki bacı da olub. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu […]

AKTUAL Manşetüstü

Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk iclası: Nələr müzakirə olunacaq?

“Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması ölkə başçısının İctimai iştirakçılıq haqqında sərəncamına əsasən Milli Məclis tərəfindən qəbul olunan qanunun tələblərindən irəli gələn məsələdir. Bu, Azərbaycanda təhsil sistemində yaradılan ilk İctimai Şuradır. Məqsəd cəmiyyət və Təhsil Nazirliyi arasında körpü rolunun təminatıdır. Təhsillə bağlı vətəndaşların etdiyi müraciətlər, o cümlədən, 11 nəfər üzvün bu məsələ ilə əlaqəli fikirləri […]

Gündəm Manşetüstü

Cəbhədə atəşkəs pozuldu – Rəsmi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Bu barədə XəbərAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri […]

Manşetüstü Şou-Biznes

Xatun ofisianta 6 manat verən həmkarını biabır etdi

“Bir həmkarımla toyda idim. Ofisiant səhərdən axşama kimi qulluğumuzda durdu, ona 6 manat pul verdi”. XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Üç əlli” verilişində deyib. Sənətçi adını açıqlamadığı həmkarını biabır edib: “Salyanda toyda idik. Bütün günü toyda, nə qədər pul qazanır. Çıxarıb ofisianta 6 manat verdi. Adam o qədər pul verər? Özüm […]

Bölgə Manşetüstü

Şəkidə yeniyetmə atraksiondan yıxıldı, cinayət işi başlandı

Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M. F. Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi […]