Gündəm manset

“Relax” 7 ayda 70 qəpik vergi ödəyib – Ekspert ŞOK FAKTLARI açıqladı

“Rəsmi açıqlamadan bəlli olur ki, “Relax” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az […]

Cəmiyyət manset

Ordumuzun yeni silahı: Bu məsafədə helikopteri məhv edir

Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə yeni raket kompleksini təqdim edib. Trend-in məlumatına görə, təqdim edilən raket qurğusu “İqla” seriyasının son modelidir. İqla-5 adlanan raket kompleksi xüsusi hədəfalma lazer şüası ilə təchiz edilib. Raket arxa istiqamətdə 2500 metr məsafədə təyyarəni, 3000 metrdə helikopteri asanlıqla məhv etmək gücünə qadirdir. Qarşı istiqamətdə isə qurğu təyyarəni 2000, […]

Araşdırma manset

Bakı Metropoliteni sədrinin milyonçu oğlu

Zaur Hüseynovun neftçi oğlu Britaniyada daşınmaz əmlak biznesi ilə məşğuldur Həbib Hüseynzadə Azəri-Çıraq-Günəşli yatağında qazma qurğusunda çalışır. Transmilli neft-qaz şirkətlərindən birində mühəndis kimi pis qazanmır. Amma bu qazancı ona Birləşmiş Krallıqda hazırda 4,8 milyon funt sterlinq dəyərində aktivləri idarə edən şirkət qurmaq üçün yəqin ki yetərli sayılmazdı. Əgər atası Zaur Hüseynovun – “Bakı Metropoliteni” Qapalı […]

Hadisə manset

Qubada ötən gün başlayan yanğın hələ də davam edir

Qubada ötən gün başlayan yanğın lokallaşadırılıb, dağlıq və keçilməz ərazilərdə isə tüstülənmə qalmaqdadır. Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsində çətinliklər yaradır: “Hazırda yanğın çətin keçilən, qaratikan adlanan ağacların çox olduğu yerdə davam edir […]

Dünya manset

Netanyahunun həyat yoldaşı təyyarədə qalmaqal yaratdı – VİDEO

İsrailin Baş naziri Binyamin Netanyahunu səfər zamanı müşayiət edən xanımı Sara Netanyahu laynerə daxil olarkən onu layiqincə qarşılamadığı üçün təyyarə komandirini danlayıb. “Vesti İzrail” xəbər verir ki, qalmaqal avqustun 19-na keçən gecə B.Netanyahunun Kiyevə uçduğu “El-Al” təyyarəsində yaşanıb. S.Netanyahu qəzəblə yerindən qalxaraq pilot kabinəsinə yollanıb, lakin onu içəri buraxmayıblar. Bu, Baş nazirin xanımını daha da hiddətləndirib. Nəticədə komandir Netanyahu […]

Dünya manset

“New York Times”: İŞİD “dirilir”, 18 min nəfər səfərbər edilib

İŞİD terror təşkilatı Suriya və İraqda qüvvələrini bərpa edir. “The New York Times” nəşri yazır ki, bu barədə ABŞ və İraqdakı kəşfiyyat və hərbi mənbələr məlumat yayıblar. Bildirilir ki, İŞİD gücünü qaçqın düşərgələrindəki insanların terror təşkilatına qoşulması sayəsində artırır. İddiaya əsasən, təqribən 18 min silahlı səfərbər edilib. Onlar snayperlər vasitəsilə hücum təşkil edir, insanları qaçırdır, güc strukturları […]

Dünya manset

Məhkəmədən sabiq prezidentlə bağlı – Şok qərar

Qırğızıstanda məhkəmə sabiq prezident Almazbek Atambayevin oktyabrın 26-na kimi həbsdə qalmasına qərar verib. XeberAl.az  xəbər verir ki, bu barədə jurnalistlərə qapalı məhkəmə prosesindən sonra sabiq prezidentin vəkili Sergey Slesarev bildirib. Məhkəmənin səyyar iclası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin binasında keçirilib. Qeyd edək ki, Almazbek Atambayev avqustun 8-dən etibarən buradakı təcridxanada saxlanılır. Sabiq prezident qətl törətməkdə […]

Dünya manset

İrandan Şimali Koreyaya çağırış: ABŞ-a inanmayın

İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Koreya Xalq Demokratik Respublikası parlamentinin nümayəndə heyəti ilə görüşüb. XeberAl.az  xəbər verir ki, görüşdə A.Əraqçi Şimali Koreyadan olan nümayəndə heyətinə ABŞ-a inanmamağı tövsiyə edib. “ABŞ Birgə Hərtərəfli Hərəkət Planından çıxanda olduğu kimi, Şimali Koreya ilə danışıqlarda da göstərdi ki, onlara etibar etmək olmaz”, – XİN rəsmisi qeyd edib. O, İranın Xarici […]

Dünya manset

Makron Putinlə danışıqlarının detallarını açıqladı

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə apardığı müzakirələrin nəticələrindən danışıb. XeberAl.az xəbər verir ki, E.Makron bu barədə “Twitter” hesabında yazıb. O qeyd edib ki, Rusiyanın gələcəyi Avropa ilə bağlıdır: “Əminəm ki, Rusiyanın gələcəyi tamamilə Avropa ilə bağlıdır. Biz Lissabondan Vladivostokadək uzanan Avropaya inanırıq”. Fransa lideri Rusiya Prezidenti ilə danışıqları əsnasında Sibirdəki yanğınlardan söz açdığını […]

Dünya manset

Terrorçular xəstəxananı havaya uçurdu

Suriyanın Haseke şəhərində naməlum şəxslər xəstəxananı partladıb. XeberAl.az xəbər verir ki, xəstəxananın binası uzaqdan idarə edilən partlayıcı qurğular ilə partladılıb. Məlumata əsasən, partlayış əş-Şeyx Həmd kəndində yerləşən xəstəxananın binası uçurub. Bildirilir ki, partlayış nəticəsində xəsarət alan olmayıb.