Dünya manset

Türkiyə ordusundan əməliyyat: 9 PKK-çı məhv edildi

Türkiyə ordusu Pəncə-3 əməliyyatı çərçivəsində İraqın şimalında PKK düşərgələrinə zərbələr endirib. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib. Məlumata görə, zərbələr nəticəsində 9 PKK-çı məhv edilib. Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Pəncə-3 əməliyyatının başladığını bildirmişdi.

Dünya manset

İstanbul boğazı yaxınlığında NÖVBƏTİ QƏZA – İki nəhəng gəmi toqquşdu

İstanbul yaxınlığındakı Çanaqqala boğazında 2 gəmi toqquşub. XəbərAl.az Türkiyə mediasına sitinadən xəbər verir ki, ötən gecə Panama bayrağı altında üzə 191 metr uzunluqlu “Esl Dolphin” adlı gəmi ilə boğaza daxil olmağa çalışan və Səudiyyə Ərəbistanından Bolqarıstana gedən Marşall Adaları bayraqlı 189 metr uzunluqlu “Free Stage” gəmisi naməlum səbəbdən toqquşub. Hadisə yerinə çoxsaylı xilasetmə qüvvələri cəlb […]

Dünya manset

Kim Çen In şəxsən iştirak etdi – Uğurlu raket sınağı

KXDR bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bildirib. XəbərAl.az xəbər verir ki, sınağa Kim Çen In rəhbərlik edib. Test buraxılışı sistemin bütün taktiki və texnoloji xarakteristikasının verilmiş meyarlara çatdığını göstərib. Xatırladaq ki, şənbə günü səhər Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış […]

Hadisə manset

Oğuzda meşə yanır – Helikopterlər havaya qaldırıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub. FHN-dən XəbərAl.az-a verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib. Əlavə məlumat […]

Cəmiyyət manset

Zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək. Bu barədə XəbərAl.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana […]

Cəmiyyət manset

YAP-ın zona müşavirəsi keçirildi – FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib. YAP-dan XəbərAl.az-a verilən məlumata görə, müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Çıxış edən Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident […]

Cəmiyyət manset

“Biz gənclərdən bunları gözləyirik” – Əli Əhmədov

“Biz gənclərimizə böyük inamla yanaşırıq, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir.” XəbərAl.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşdə deyib. Əli Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: “Bu, […]

Dünya manset

Rusiya iki ballistik raketinin sınağını keçirdi – Video

Rusiya Müdafiə Nazirliyi Sineva və Bulava ballistik raketlərinin uğurlu sınağını həyata keçirib. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, raketlər “Tula” və “Yuri Dolqorukiy” sualtı gəmilərindən buraxılıb. Raketlərin Şimal Buzlu okeanı və Barens dənizindən buraxıldığı, Arxangelsk və Kamçatkadakı hədəfləri məhv etdiyi bildirilib. *** Rusiya Müdafiə Nazirliyi “Bulava” ballistik raketinin […]

Cəmiyyət manset

Xaçmazda 15 kənd qazsız qaldı – Səbəb

Xaçmaz rayonunda avtomobilin qaz xəttini zədələməsi nəticəsində 15 yaşayış məntəqəsinə “mavi yanacaq”ın verilməsi müvəqqəti dayandırılıb. XəbərAl.az xəbər verir ki, naməlum avtomobil avqustun 24-ü səhər saatlarında Qusarçay kəndi istiqamətində yerləşən qaz xəttini zədələyib. Qaz xəttinin ciddi zədələnməsi səbəbindən kəndlərdə, ümumilikdə, 4 min 500 abonentin “mavi yanacaq”la təhcizatında məcburi fasilə yaranıb. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının […]