Kriminal manset

Xızıda sürücü polisləri silahla hədələdi

Xızıda polisləri silahla hədələyən sürücü tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində VAZ-2109 markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub. Polis əməkdaşları […]

Kriminal manset

Bakıda 2 milyonluq dərman əməliyyatı – Fotolar

Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) XəbərAl.az-a verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb. […]

Kriminal manset

Maşında yanan sürücü tanınmış hüquqşünas olub – Foto

Sentyabrın 19-da Sumqayıt şəhərində qəzaya düşən və maşının içində yanaraq ölən sürücü Fuad Musazadənin tanınmış hüquqşünas olduğu məlum olub. XəbərAl.az-ın verdiyi xəbərə görə, F.Musazadə öncə İctimai Televizayda, ötən il isə Xalq artisti Murad Dadaşovun sahibi olduğu “M Group Production” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra Qida Təhlükəsizliyi Agentliyindən vəzifə tutan F.Musazadə son dönəmdə isə AZTV-də […]

manset Siyasət

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən XəbərAz.az-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd ediblər. Azərbaycan ilə Belarus arasında hərbi […]

Cəmiyyət manset

Gələn həftə Azərbaycana payız gəlir

Bu il Azərbaycana payız fəsli sentyabrın 23-də saat 11.50-də daxil olacaq. XəbərAl.az-ın məlumatına görə, həmin gün – həftənin bazar ertəsi gecə-gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat […]

Bölgə manset

İrandan Azərbaycana narkotik vasitələr gətirən sərhəd pozucuları saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir. DSX-nin Mətbuat Mərkəzindən XəbərAl.az-a verilən məlumata görə, cari ilin avqust ayında Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 […]

Dünya manset

İran Mərkəzi Bankının vurulmasına Tehrandan cavab

Mərkəzi Banka yeni sanksiya tətbiqi ABŞ-ın İrana təzyiq yolu tapmaqda nə qədər əlinin boş olduğunu göstərir. XəbərAl.az xəbər verir ki, bunu İranın Mərkəzi Bankının prezidenti Əbdülnasir Himmət ABŞ Prezidenti Donald Trampın yeni sanksiya təhdidi ilə bağlı danışarkən bildirib. Himmət qeyd edib ki, ABŞ-ın sanksiyalarının uğursuzluğu hər dəfə daha qabarıq görsənir. İran Mərkəz Bankının son dövrdə […]

manset Siyasət

Pompeo Qarabağ münaqişəsindən danışdı: “Alqışlayırıq”

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədlərindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsində nailiyyət əldə etmək üçün yüksək səviyyədə görüşlərin keçirilməsini, eləcə də xalqların sülhə hazırlanması və məhsuldar müzakirələrin aparılmasına şərait yaradılması üçün səyləri alqışlayır”. ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillyinin 28-ci ildönümü ilə bağlı ölkə əhalisinə ünvanladığı müraciətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə […]

Hadisə manset

Bağlı qalmış 8 cinayətin üstü açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər […]

Dünya manset

Kərbəlada QƏTLİAM – Şəhərə giriş-çıxış bağlandı (YENİLƏNDİ)

İraqın Kərbəla şəhərində avtobusun partlaması nəticəsində ən azı 17 nəfər həlak olub. XəbərAl.az xəbər verir ki, bu barədə “Əl-Suməriyə” telekanalı İraq DİN-ə istinadən məlumat verir. Hüquq mühafizə orqanları terrorçunu saxlaya bilib. Kərbəla şəhərinə giriş və çıxışlar bağlanıb. *** 02:22 İraqın Kərbəla şəhərində avtobusun partlaması nəticəsində azı 12 nəfər ölüb. XəbərAl.az xəbər verir ki, bu barədə İraq […]