Mədəniyyət

Məşhur qrupdan San-Fransiskonun ən hündür qülləsində ölüm rəqsi – FOTO/VİDEO

San-Fransisko sakinləri möhtəşəm olduğu qədər təhlükəli hadisənin şahidi olublar. Belə ki, ABŞ-də tanınmış “Bandaloop” rəqs qrupunun üzvləri şəhərin ən hündür binası olan “Transamerica” Piramidasının divarında şaquli vəziyyətdə rəqs ediblər. Sakinlər əvvəlcə binanın üzərində narıncı kombinezonlardakı trionu görəndə heyrətə gəliblər. Az sonra bunun sadəcə qrup üzvlərinin rəqsi olduğu aydınlaşıb. Bununla belə sakinlər narahatlıqlarını gizlədə bilməyiblər. Onlar […]

Mədəniyyət

Adil Kərimli: “Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq”

“Türkiyənin paytaxtı Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq”. Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib. “Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin iş prinsipləri və gələcək fəaliyyəti ilə bağlı ciddi müzakirələr apardıq”, – o bildirib. Nazir deyib ki, səfəri çərçivəsində mərkəzin fəaliyyəti ilə bağlı Türkiyədəki müvafiq qurumların rəsmiləri ilə, o cümlədən Azərbaycanın […]

Mədəniyyət

Kübra Əliyeva: “Məni sevən hər kəs narahat qalıb”

Xəstəxanaya aparıldığı deyilən Əməkdar artist Kübra Əliyevanın vəziyyətinə aydınlıq gəlib. Bu barədə Oxu.Az-a Əməkdar artistin özü məlumat verib. Aktrisa səhhətində heç bir problem olmadığını vurğulayıb: “Yanlış məlumatlar yayılıb. Məni sevən hər kəs narahat qalıb. Xahiş edirəm, onlara bildirəsiniz ki, “onların aktrisası yaxşıdır”. Maraqlandığınız üçün minnətdaram”. K.Əliyeva reabilitasiya mərkəzində müalicə aldığını qeyd edib: “Səhhətimdə heç bir […]

Mədəniyyət

Ətək əvəzinə iri sapfir: 50 yaşlı Hollivud ulduzu “çılpaq” geyimiylə göz qamaşdırdı – FOTO

Hollivud ulduzu Keyt Bekinseyl 50 yaşına baxmayaraq qeyri-real gözəlliyə və möhtəşəm bədən quruluşuna malikdir. O, cəsarətli qarderobu ilə bunu vurğulamaqdan çəkinmir. Dəbdəbəli şəffaf paltarlar, ultramini geyimlər aktrisanın qarderobunun əsasını təşkil edir. Buna baxmayaraq o, Salma Hayek, Rita Ora, Jennifer Meyer, Zoe Saldana və bir çox digər məşhurların qatıldığı Leonardo Di Kaprionun ad günü mərasimində yenə […]

Mədəniyyət

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb – FOTO

Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində imzalanan yeni sazişin detalları açıqlanıb. Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri […]

Mədəniyyət

Azərbaycanda 27 min nəfərin iştirakı ilə festival keçirilib

“Uşaq İncəsənət Festivalında 27 min nəfər iştirak edib”. “Report” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, festival 21 nominasiya üzrə keçirilib, mədəniyyətin bütün sahələrini əhatə edib: “Birinci mərhələdə işğaldan azad olunan […]

Mədəniyyət

Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib – FOTO

Gürcüstanın Marneuli şəhərində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Mərkəzin icraçı direktoru Murad Muradov çıxş edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. […]

Mədəniyyət

Tanınmış müğənni və qarmon ifaçısı vəfat edib – FOTO

Tanınmış müğənni və qarmon ifaçısı Hüseynəli Həsənov (Hüseyn Bakılı) vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov “Facebook” hesabında yazıb və onunla birlikdə çəkdirdiyi fotonu paylaşıb. “Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona […]

Mədəniyyət

Səidə Quliyeva: “Kinomuzun keyfiyyətinin düşmə səbəbi mənə də qaranlıqdır”

Azərbaycanda film sektoru demək olar ki, iflic vəziyyətindədir. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda kifayət qədər gənc, bacarıqlı, peşəkar aktyor və aktrisalar olsa da, kino sahəsindəki keyfiyyət olduqca aşağıdır.  Bəs bunun səbəbi nədir?  Xalq artisti, aktrisa Səidə Quliyeva Bizim.Media-ya bildirib ki, Azərbaycanın film sektorunda sanki hamı gözləmə mövqeyindədir:  “Mən təkcə respublikada yox, dünyada tanınmış məşhur rejissorlarla işləmişəm. Onlardan […]

Mədəniyyət

Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedəcək, Şuşa ilə bağlı tədbirlərə qatılacaq

Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək. Bu barədə “Report”un Ankara bürosunun sorğusuna cavab olaraq Beynəlxalq Türk Mədəniyyət Təşkilatından (TÜRKSOY) bildirilib. A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri” çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək. Həmin gün “Şuşa-2023 – Türk Dünyası […]