Kriminal

Parkda istirahət edən vətəndaşı soyan şəxs saxlanıldı – VİDEO

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs rayon ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə […]

Kriminal

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən xəbər var – VİDEO

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Daha sonra son söz demək üçün Mehman Xəlilova söz verilib. O, […]

Kriminal

Bakıda 32 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var

Martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. […]

Kriminal

Bakıda pul müqabilində narkokuryerlik edən daha bir nəfər saxlanıldı – FOTO/VİDEO

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Hüseyn Soltanov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ondan 1 kiloqram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən […]

Kriminal

Gənc oğlan sevdiyi qıza görə özünü asdı

İmişlidə intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə İmişli rayonunun Murğuzalılı kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Rəhman Yaqub oğlu Qəhrəmanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun asılmış meyitini yaxınları bu gün səhər saat 6-da aşkar ediblər. İlkin məlumata görə, gənc oğlan sevdiyi qıza görə intihar edib. Hadisənin motivi açıqlanmır. Faktla bağlı […]

Kriminal

Bakıda əcnəbiyə qarşı quldurluq edən pakistanlı cəzasının yüngülləşdirilməsini istəyir

Bakıda quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Alinin barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Pakistan vətəndaşı cəzasının yüngülləşdirilməsini istəyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında […]

Kriminal

Atasını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Atasını öldürməkdə təqsirləndirilən Pərvin Yusiflinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Pərvin Yusifli 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, keçən il iyulun 9-da paytaxtın Nizami rayonunda yerləşən evlərin birində […]

Kriminal

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Ülvi Həsənli və Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin müddəti […]

Kriminal

Kişi qardaşını evə görə bıçaqladı: Elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Sabir Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttihama görə, hadisə ötən il Abşeron rayonu, Masazır kənd ərazisində qeydə alınıb. […]

Kriminal

Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində (PHŞ) baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Oxu.Az Ağdaş Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda […]