Kriminal

Beynəlxalq axtarışa verilmiş iki şəxs ölkəmizə ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya ediliblər. Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş […]

Kriminal

Vüqar Səfərli ilə birgə həbs edilən tikinti şirkətinin rəhbəri vaxtından əvvəl azadlığa çıxmaq istəyir

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, müraciətə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə müdafiə tərəfinin müraciətdə Nadir Məmmədovun səhhəti ilə bağlı çəkilməmiş cəzasının şərti hesab edilərək azadlığa […]

Kriminal

Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Ruben Vardanyanın ofşor şirkətlərinin fırıldaqları beynəlxalq HESABATDA

Son illər ərzində özü barədə filantrop təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma “Artsax respublikası” adlı qanunsuz silahlı terrorçu birləşmədə, ardınca isə Ermənistanda hakimiyyətə yiyələnmək niyyətində olmuş şəxs kimi tanıdığı, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında həbsdə olan Ruben […]

Kriminal

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və […]

Kriminal

Doğma qızına 18+ videolar göstərirmiş… – Azərbaycanda dəhşətli cinayət

Azərbaycanda dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soyad şərtidir) 16 il həbs cəzası verilib. Məlum olub ki, Samir 2009-cu il təvəllüdlü qızı Naziləyə (ad şərtidir) 2020-ci ildən 2023-cü ilədək […]

Kriminal

DSMF-nin həbsdə olan sabiq əməkdaşı 6,5 milyon manat mənimsəməkdə təqsirləndirilir

Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Vüsal Arif oğlu Əliyevin qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində baş […]

Kriminal

“TikTok”da məşhurlaşan Adəmin atasına 30 sutka həbs verildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib. Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib. Xeberal.az

Kriminal

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısında DƏYİŞİKLİK

Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir. “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”nda dəyişiklik olunur. Dəyişikliklə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik […]

Kriminal

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu – FOTO

Sumqayıt şəhər “Qurd dərəsi” yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilinib. Qeyd edilib ki, Məhəbbət Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Abşeron rayon komitəsinin sədri […]