Kriminal

Azərbaycanda partiya sədri saxlanılıb

Sosial şəbəkələrdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir. Xeberal.az

Kriminal

Dendrologiya İnstitutunun direktorunun ölümü ilə nəticələnən məhkəmə işi ilə bağlı qərar verildi

Ali Məhkəmədə Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  Qərara əsasən, kassasiya şikayəti təmin […]

Kriminal

Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü

Ali Məhkəmədə özünü öldürməyə cəhd həddinə çatdırmada və əzab vermədə təqsirləndirilən R.Mahmudovun barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bildirilib ki, zərərçəkmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini istəyib. Qərara əsasən, zərərçəkmiş […]

Kriminal

Polisdən Saatlıda ƏMƏLİYYAT – Saxlanılan var + FOTO

Saatlıda narkokuryerlik edən şəxsdən 8 kiloqram heroin və marixuana aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən paytaxt sakini Gülməmməd Əliyev saxlanılıb. Ondan 8 kiloqram marixuana və heroin aşkar edilib. G.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının […]

Kriminal

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Arif Məlikov saxlanılıb. Onun üzərindən satış məqsədilə əldə etdiyi bir kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb. Faktla bağlı […]

Kriminal

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib – red.) qətlə yetirib. Telegraf.com-un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd […]

Kriminal

“Toplum TV” xarici donor təşkilatlarının qrant layihələrindən qeyri-qanuni vəsaitlər əldə edib – VİDEO

“Toplum TV”nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən yeni məlumatlar ortaya çıxıb. APA-nın xəbərinə görə, məlum olub ki, hazırda bu iş üzrə saxlanılan şəxslər müxtəlif beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul əldə ediblər. Bu təşkilatların arasında Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, “People in Need”, “Zinc Network”, “Open İnformation Partnership”, “Transitions”, […]

Kriminal

Gəncədə baş verən davada bıçaqlananlar var

Gəncədə iki nəfər bıçaq xəsarəti alıb. APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü S.Məsimov ayağından, 1995-ci il təvəllüdlü E.Əsgərov isə qolundan bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım olunub, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, onlar dava zamanı bıçaq xəsarəti alıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı […]

Kriminal

“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? – VİDEO

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı N.Əkbərovun beş il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. N.Əkbərov bir il bir ay müddətinə azadlıqdan məhrum edilib. […]

Kriminal

Ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs TUTULDU – VİDEO

Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim […]