İqtisadiyyat

Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsinin məbləği açıqlandı

2023-cü ildə Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49% artım müşahidə edilib və 452 milyon ABŞ dolları təşkil edib. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. O bildirib ki, bu göstərici qarşıdakı illərdə mövcud potensiala cavab verəcək artımın olacağına ümid yaradır: “Bu mənada “Azərbaycan və Yaponiya arasında […]

İqtisadiyyat

Baş nazir Əli Əsədova təbrik məktubları ünvanlanıb

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Oxu.Az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm can sağlığı və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə davamlı […]

İqtisadiyyat

Azərbaycan bankları “Contact”la pul köçürmələrini dayandırıb

Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb. APA-nın yerli banklardan aldığı məlumata görə, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb. “Contact” qeyd edib ki, bu, bu gün “QIWI Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır: “Hörmətli müştərilər. Rusiya Bankından “QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. […]

İqtisadiyyat

Vətəndaşların NƏZƏRİNƏ: Sabah Bakının bir rayonunda qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman […]

İqtisadiyyat

İtaliya portalı Azərbaycanın enerji və iqlim siyasətindən yazıb – FOTO

İtaliyanın “Opinio Juris” portalında Azərbaycanın yaşıl enerji və ekoloji transformasiya siyasətindən bəhs edən məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan, Avropa İttifaqı və ABŞ-ın iqlim və enerji siyasətlərinin müqayisəli təhlili aparılıb. İqlim dəyişikliyi, bərpaolunan enerji mənbələri üzrə texnologiyaların tətbiqi, təmiz enerji infrastrukturunun gücləndirilməsi, enerji keçidi, təhlükəsizliyi və davamlılıq strategiyaları təhlil olunub. Vurğulanır ki, enerji […]

İqtisadiyyat

Elnur Məmmədov: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır”

“Bu il ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi etməsi, ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. O əlavə edib ki, bərpa olunan enerji sahəsində Yaponiyanın ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirəcəyinə inanır. Nazir müavini vurğulayıb […]

İqtisadiyyat

Azərbaycan və Böyük Britaniya COP-la bağlı əməkdaşlıq məsələlərini müzakirə edib – FOTO

Azərbaycan və Böyük Britaniya arasında COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir müavini Sahib Məmmədov Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru Matt Toombla görüşüb. Azərbaycan rəsmisi iki ölkə arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. […]

İqtisadiyyat

İşğaldan azad edilmiş ərazilərdə müasir hidrometeoroloji stansiyalar qurulub

Hidrometeoroloji şəbəkənin bərpası üzrə işğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay (Araz, Bəsitçay, Oxçuçay, Həkəriçay, Bərgüşadçay, Zabuxçay, Tutqunçay, Tərtərçay, Kircələnçay, Quruçay) üzərində 11 avtomat hidroloji stansiya yaradılıb və həmin stansiyalardan mütəmadi qaydada məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzinə ötürülərək təhlil olunur. AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər nazirliyinin […]

İqtisadiyyat

Heyko Şvarts: “Almaniya COP29-a xüsusi maraq göstərir”

“Almaniya bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) xüsusi maraq göstərir”. “Report” xəbər verir, bunu Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Heyko Şvarts (Heiko Schwarz) “Qarabağ regionunda su təchizatı və tullantı sularının axıdılması infrastrukturunun yenidən qurulması” adlı konfransda çıxışı zamanı deyib. “Əminəm ki, COP29 böyük uğur qazanacaq […]

İqtisadiyyat

Azərbaycanda maliyyə xidmətlərinin test məqsədli alışı qaydası təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nı təsdiqləyib. Oxu.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən AMB-nin tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir. Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, […]