İqtisadiyyat

Beşinci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə! – FOTO

Martın 1-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş 5-ci qrant müsabiqəsinə dair məlumatlandırıcı tədbir keçiriləcək. Onlayn tədbirin təşkilində məqsəd martın 4-də sənəd qəbuluna start veriləcək 5-ci qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi […]

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dolları keçdi

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,26% artaraq 87,09 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 […]

İqtisadiyyat

Dövlət qurumunun əməkdaşlarının maaşlarının məbləğlərində dəyişiklik edildi

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik edilib. Oxu.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarın birindən tətbiq edilir. Xeberal.az

İqtisadiyyat

Rövşən Nəcəf: “Əsas məqsəd 2050-ci ilə qədər “xalis sıfır” hədəflərinə çatmaqdır”

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədlərindən biri 2050-ci ilə qədər “xalis sıfır” (Net Zero) hədəflərinə çatmasıdır”. Oxu.Az xəbər verir ki, bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və bp-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Culia Kerkia ilə görüşündə bildirilib. Görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan […]

İqtisadiyyat

Azərbaycanda südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb – FOTO

“Sahibkarlığın İnkişafı Fondu sahibkara 200 min manat güzəştli kredit verib”. Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib: “Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (sahibkarliq) 200 min manat güzəştli kredit əldə edib.  Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı […]

İqtisadiyyat

Azərbaycanda dövlət xətti ilə yanvarda 16 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 16,1 milyon manat kredit verilib. Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82,95% çoxdur. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30,1% azalaraq 20,9 milyon manat olub. Ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon […]

İqtisadiyyat

Britaniyalı professor: “İqlim dəyişikliyi dövlətlərin iqtisadi rifahına birbaşa təsir göstərir”

“İqlim dəyişikliyi dövlətlərin iqtisadi rifahına birbaşa təsir göstərir: kənd təsərrüfatı istehsalının azalması dünyanı qlobal ərzaq böhranına aparır və inflyasiyanın yüksəlməsi ehtimalını artırır”. Bunu “Report”a açıqlamasında London Kral Kollecinin iqtisadiyyat professoru Gülçin Özkan deyib. “Aydındır ki, son illərdə ekstremal hava hadisələri adi hala çevrilib: daşqınlar, qasırğalar, quraqlıqlar və hətta yoluxucu xəstəliklərin yayılması, demək olar ki, normal […]

İqtisadiyyat

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli”nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” aşağıdakı redaksiyada verilib: Sıra №-si   Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla) 1. İcraçı direktor 2732 2. İcraçı direktorun müavini 2458 […]

İqtisadiyyat

KOBİA sahibkarlar üçün yeddi sahə üzrə daxili bazar araşdırması aparır

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə hazırda yeddi sahə üzrə daxili bazar araşdırmaları aparılır. Bu barədə KOBİA məlumat yayıb. Bildirilib ki, bazar araşdırmaları soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti […]

İqtisadiyyat

Son valyuta hərracında bankların dollar tələbi açıqlandı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, hərracda tələb 105,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Qeyd edək ki, bu göstərici ötən hərracdan 2,8% azdır. Belə ki, 22 fevralda keçirilən valyuta hərracında banklar 108,1 milyon dollar alış həyata keçiriblər. Hərracda […]