İdman

Rəşad Sadıqovun kövrək anları – VİDEO

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı, hazırda isə “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovun maraqlı görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, görüntülər Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Braqa” matçına təsadüf edir. Ağdam klubunun güclü rəqib üzərindəki qələbəsi klubun sabiq futbolçusunun da sevinc göz yaşlarına səbəb olub. Qeyd edək ki, Rəşad Sadıqov onun sabiq […]

İdman

Türkiyə Kuboku: “Qalatasaray”dan erkən vida – VİDEO

Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sonuncu matçda “Qalatasaray” “Fatih Karagümrük”ü qəbul edib. Markao 6-ci dəqiqədə qonaqları önə keçirib. 84-cü dəqiqədə Mendes fərqi artırıb. Qarşılaşma elə bu hesabla da bitib – 0:2. Beləliklə də, öz meydanında məğlub olan “Qalatasaray” turnirdəki çıxışını başa vurub. “Fatih Karagümrük” isə yarımfinalda oynamaq hüququ qazanıb. Xatırladaq ki, bundan öncə […]

İdman

“Qarabağ” – “Bayer” matçının biletləri satışa çıxarılır️

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununun biletləri sabah saat 12:00-dan etibarən Iticket.az-da satışa çıxarılacaq. Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.  VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən […]

İdman

Yüksək Liqa: “Araz-Naxçıvan” rəqibini darmadağın edib

Futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilib. Oxu.Az xəbər verir ki, lider “Araz-Naxçıvan” “Record club”u darmadağın edib – 22:0. “Neftçi” İK U-19-u 15:1 hesabı ilə üstələyib. “Baku Fire” isə “Yasamal Bakı”dan güclü olub – 6:3. Birinci pillədə qərarlaşan “Araz-Naxçıvan” bu nəticədən sonra xallarının sayını 37-yə çatdırıb “Baku Fire” 30 xalla ikinci, “Neftçi” İK 29 xalla […]

İdman

Acun Ilıcalının klubu Pikeni transfer etdi – FOTO

Türkiyəli şoumen, prodüser və iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin “Hall Siti” klubu İspaniya yığmasının və “Barselona”nın keçmiş ulduzu Jerar Pikeni transfer edib. Bu barədə Ilıcalı özünün “Instagram” hesabında məlumat verib. “Ailəmizə xoş gəlmisən, Jerar Pike!”, – o yazıb. Xatırladaq ki, hazırda  “Hall Siti” Çempionşipdə (aşağı liqa) çıxış edir. Komanda 55 xalla 6-cı yerdədir.     […]

İdman

“Qarabağ”ın hücumçusunun vəziyyəti açıqlandı

“Həkimlərin müayinəsindən sonra Olavio Juninyonun zədəsinin o qədər də ciddi olmadığı müəyyənləşib”. Bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan “Qəbələ” ilə səfər matçında zədələnən Olavio Juninyonun durumu barədə danışarkən deyib. “Sabah komandanın istirahət günüdür. O, “Neftçi” ilə oyuna qədər həkim nəzarətində olacaq. Həmin görüşdə iştirak […]

İdman

Azərbaycanda “Formula-1”in yayımlanmaması məsələsinə aydınlıq gətirildi

“Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq”. Bunu “Report”a açıqlamasında “İdman” TV-nin direktoru Rövşən Binnətli “Formula-1” üzrə Qran-prilərin yayımlanması ilə bağlı danışarkən deyib. “Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik. Amma hər şey yayımçı şirkətdən asılıdır. Orada bəzi prosedurlar var. Onların cavabını gözləyirik. Bizdən asılı olanları zamanında etmişik. Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq”, – […]

İdman

“Real Madrid”lə transfer danışıqları: Məsələyə futbolçunun anası qarışdı

PSJ-nin futbolçusu Kilian Mbappenin agenti və anası Fayza Lamari onun “Real Madrid”ə keçidinin son təfərrüatını öyrənmək üçün Madridə səfər ediblər. Məlumata görə, Lamari futbolçunun çevrəsindən bir neçə yaxın adamla Madridə yollanıb. “Real Madrid” təmsilçiləri ilə söhbət zamanı o, oğlunun İspaniyanın paytaxtındakı həyatı ilə bağlı məsələ qaldırıb və onun təhlükəsizliyindən narahat olduğunu bildirib. Bu səfərdən sonra […]

İdman

Məşhur futbolçuya dörd illik qadağa: Karyerası 31 yaşında bitə bilər

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dopinq qəbul etdiyi üçün dörd il müddətinə futboldan uzaqlaşdırılıb. Bildirilir ki, antidopinq prokurorluğunun tələbi qəbul edilib. Xatırladaq ki, avqust ayında Pol Poqbanın dopinq testində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb. İttiham tərəfi Poqbanın maddəni təsadüfən qəbulu ilə bağlı versiyasına inanmayıb. Pol Poqba 31 yaşını martın ortalarında qeyd edəcək. Dörd illik diskvalifikasiya fransız futbolçu üçün […]

İdman

Xankəndi-Bakı ultramarafonunda ilk mərhələnin qalibi: “Bu idman növü şahmata bənzəyir”

“Ultramarafon şahmata bənzəyir. Burada strategiya var və bir saatlıq plan qurmaq kifayət etmir”. “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Xankəndi-Bakı ultra marafonunun birinci mərhələsinin qalibi Elmir Əskərov jurnalistlərə açıqlamasında deyil. Xankəndidən Yevlaxa qədər olan 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edən idmançı uğurlu çıxışa görə sevindiyini bildirib: “Birinci gün üçün asan […]