İdman

Premyer Liqa: “Turan Tovuz”dan səfər qələbəsi – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib. Qarşılaşma qonaqların qələbəsi bitib – 2:1. 49-cu dəqiqədə “Qəbələ”nin futbolçusu Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə Aleks Souza bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Belajdi Pusi görüşdə son […]

İdman

Premyer Liqa: “Nyukasl” “Tottenhem”i darmadağın etdi – VİDEO

İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində “Nyukasl” doğma meydanda “Tottenhem”i qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin mütləq üstünlüyü ilə yekunlaşıb 4:0. Oyunda hesabı 30-cu dəqiqədə A.İsak açıb. İki dəqiqə sonra A.Qordon komandasının üstünlüyünü iki topa çatdırıb. İkinci hissədə (51-ci dəqiqə) növbəti dəfə fərqlənib. Oyunun sonuna üç dəqiqə qalmış F.Shar son nöqtəni qoyub. […]

İdman

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. “Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi”, – deyə Q.Qurbanov bildirib. O, futbolçu karyerası ərzində çıxış etdiyi “Fakel”dəki xatirələrini yada salıb: Xeberal.az

İdman

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb – FOTO

Tailandın Puket şəhərində keçirilmiş Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb. “Report”un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olub. Mərasimdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəsmiləri, atletin yaxınları, azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli bunun onun üçün çox […]

İdman

Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb. “Report”un məlumatına görə, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub. Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq. Qeyd edək ki, yarımfinal və […]

İdman

İddiaçılar Turniri: Nicat Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq. “Report”un məlumatına görə, 28 yaşlı qrosmeyster VIII turda rusiyalı Yan Nepomnyaşi (FIDE) ilə üz-üzə gələcək. N.Abasov qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Şahmatçılar arasında I tura təsadüf edən görüş heç-heçə yekunlaşıb – 0,5:0,5. Azərbaycan təmsilçisi hazırda […]

İdman

“Bavariya”nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniyanın baş məşqçisi Yulian Nagelsman “Bavariya”dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında “Bavariya”ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzər postdadır – o, məşqçiyə rəhbərlik edir, onu qeyd-şərtsiz dəstəkləyir. Xatırladaq ki, Föller özü də bir müddət əvvəl Nagelsmanın Almaniya millisində qalacağına ümid etdiyini bildirmişdi. […]

İdman

“Neftçi”nin dörd futbolçusu “Araz-Naxçıvan”la oyunu buraxacaq

“Neftçi”nin dörd futbolçusu bu gün “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri Premyer Liqanın XXX tur matçında iştirak edə bilməyəcək. Bu barədə ”Report”a “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib. Bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil […]

İdman

Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”la, “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıblar. Günün digər matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. “Ağ-qaralar” 44 xalla 3-4-cü yerləri bölüşdürürlərsə, Naxçıvan klubu 32 xalla […]

İdman

Azərbaycan gimnastı qızıl qazanıb

Azərbaycan gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnirdə qızıl medal qazanıb. Oxu.Az xəbər verir ki, Mədinə Abbaslı bütün rəqiblərini arxada qoyub. O, çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qeyd edək ki, bu gün start götürən yarış üç gün davam edəcək. Xeberal.az