Hüquq

Deputat Kəmaləddin Qafarovun “Azəri med” firması ölkəyə saxta dərman gətirir – Məhkəməyə verildi

Xəbəral “qafqazinfo”ya istinadla xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir. Şirkət İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə cərimələnib. İşə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq. […]

Hüquq

Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb – Rəsmi

Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanıldığı təsdiqlənib. Xəbəral.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: “Hazırda müvafiq araşdırmalar aparılır”. […]

Hüquq

DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi, həbs olunan var

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.  İnterpress.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb. Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə […]

Hüquq

Mirqafar Seyidov işdən çıxarıldı

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib. Xəbəral.az xəbər verir ki, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Xəbəral.az-a DİN Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib  Qeyd edək […]

Hüquq

2.5 milyonluq dələduzluqda ittiham olunan Xocalı İH başçısının müavinin yaxın qohumuna niyə həbs qətimkan tədbiri seçilmir?

“Elvin Həşimli yalan vədlər verərək, 2.5 milyon manat pulu ələ keçirib və həmin vəsaiti öz əyləncələrinə sərf edib. Cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə davam edir. Amma bu günə qədər iş üzrə istintaqı aparan Xətai Rayon Prokurorluğunda da, həmçinin məhkəmələrdə də bütün sübutlar gözdən salınır, iş üzrə […]

Hüquq

“Ötən ilki cinayətlərin 87,3 faizinin üstü açılıb“ – Baş Prokuror

Prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il qeydə alınan 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş […]

Hüquq

Sosial şəbəkədəki paylaşımına görə 1 ay həbs edildi- Rəsmi

Baş Prokurorluq bəzi sosial media istifadəçilərini və media orqanını cərimələyib. Prokurorluqdan verilən məlumata görə, sosial media istifadəçiləri Mirzəli Yalçın Yaşar oğlu, Hüseynov İlham Telman oğlu, Abbaslı Nizami Əsədulla oğlu, İsayev Əfqan Ənvər oğlu və Azadov Rasim Əlif oğluna gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib. Əliyev Namiq Səməd oğlu qanunla yayılması […]

Hüquq

Eldar Həsənova 10 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, bu gün hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri – Cəlil Mirzəyev, Cavad Cavadov, Valeh Mehrəliyev və Adəm Məmmədov müdafiə çıxışlarında məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.Daha sonra Eldar Həsənov […]

Hüquq

DTX xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlara qarşı əməliyyat keçirdi

Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər. Xəbəral.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb. Bildirilib ki, DTX tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları – 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin […]