Hüquq

“Tiktok”çu Ləman Vəliyeva saxlanıldı – RƏSMİ AÇIQLAMA

“Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb”.  Xəbəral.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib. O, bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcəkdir. Xəbəral.az

Hüquq

DTX Xocalıda Azərbaycanlılara qarşı soyqırımı törətmiş erməni terrorçunu həbs etdi (VİDEO)

Raşid Beqlaryanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır. Əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla […]

Hüquq

Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub

Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.  Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 28-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. […]

Hüquq

DTX-nin Laçın rayon şöbəsi yaradıldı

8 Noyabr – Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.   Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab […]

Hüquq

Tanınmış nəğməkar-şair Cəlal Qurbanov Daxili İşlər Naziri, General-Polkovnik Vilayət Eyvazova təşəkkür etdi

Xəbəral.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. C.Qurbanov  Daxili İşlər Nazirliyinin iş prinsiplərindəki şəffaflıq, cəsarət, disiplin, vətəndaşa xidmət, müraciətlərə operativ reaksiya, asayişin qorunmasına həssaslıq, təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ən əsası Vətənin bütövlüyünün qorunmasında DİN əməkdaşlarının fəal iştirakının təşkil olunması işlərinin göz qabağında olduğunu yazıb: “Bu mənada sizə vətənsevər kimi bir daha […]

Hüquq

DTX: Xocavənddə törədilən terror aktı ilə bağlı cinayət işi başlanılmışdır

19 sentyabr 2023-cü il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılmışdır. İlkin araşdırmalar zamanı, həmin tarixdə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən […]

Hüquq

Bu şəxslərlə bağlı tədbirlər görüləcək – DTX-dən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır. Xəbəral.az -ın xəbərinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, […]

Hüquq

DTX-dan uğurlu əməliyyat

Məhkəmələrin adından saxta sənədlər hazırlayan şəxs saxlanılmışdır Vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək, Zöhrab Lətif oğlu Paşayevin ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, habelə həmin şəxsin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib olunmuş məktublar verdiyini bildirmişdir. […]

Hüquq

Tanınmış ictimai xadim, QHT sədri İradə Polad Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya üzv seçildi

İyulun 29-da Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Xəbəral.az xəbər verir ki, seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb. 15 namizdəd tələb olunan səsi toplamış DİN yanında İctimai Şuraya üzv seçilmişdir. Qeyd edək ki, seçilənlər arasında ən çox səs toplayan Tanınmış İctimai xadim, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Poladın […]

Hüquq

Bakı Nəqliyyat Agentliyində korrupsiyaya qarşı əməliyyat keçirilir

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirir. “Qafqazinfo”nun məlumatına görə, əməliyyat-axtarış tədbirləri hazırda davam edir. Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər. Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək. Xəbəral.az