Hadisə

Keçmiş icra hakimindən Masazıra miras qalan PROBLEMLƏR – “Göydən başımıza daş yağır” – VİDEO REPORTAJ

Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri etiraz edirlər. Səbəb isə həyət evlərinin ortasında bina tikintisidir.  “Abşeronun keçmiş icra hakimi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun yaratdığı problemlər bitib tükənmək bilmir. Yeni gələn icra hakimi Abdin Fərzəliyev isə hələ bu problemlərə müdaxilə etmək fikirində deyil. Görünür hələ nəyin kimə məxsus olduğunu öyrənir”.   MÖVZU İLƏ BAĞLI: Üç ay əvvəl tikintisinə icazə verilən bina niyə […]

Hadisə

İcra başçısının avtomobili qəzaya uğradı: yaralanan var – VİDEO

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin avtomobili qəzaya uğrayıb.  Hadisə Yevlax rayonunun Cəfər Cabbarlı küçəsində baş verib. Beləki, Hyundai Santa Fe markalı, 09-AA-159 dövlət qeydiyyat nişanlı avtomobil VAZ 21015 markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ 21015 sürücüsü ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Xəstəxasına çatdırılıb. Faktla bağlı DYP tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Hyundai […]

Hadisə

Məhkəmə Səlim Müslümovla bağlı qərar verdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə ibtidai istintaq davam edir. Xəbəral.az APA-ya istinadən xəbər verir ki, sabiq nazir barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib, Səlim Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 1 ay uzadılıb. Qeyd edək ki, […]

Hadisə

Deputat dövlətin gördüyü işləri ÖZ ADINA ÇIXDI… – MƏSXƏRƏYƏ QOYULDU…

Sabirabaddan deputat olan Ramin Məmmədov (beləsi də varmış!) 2021-ci ildəki fəaliyyətinə dair hesabat yayıb. TİA.Az xəbər verir ki, deputat 2021-ci ildə bir kənddə orta məktəb istifadəyə verildiyini, 36 km yol təmir edildiyini, kəndlərdə qazlaşdırma, elektrik naqillərinin dəyişdirilməsi, telefon xətlərinin çəkilişi başladığını açıqlayıb. Sitat: “2021-ci ildə Qaragüney kənd orta məktəbi istifadəyə verilib, Kür qırağı adlandırılan yolun […]

Hadisə

Vidadi Muradovun yazışmaları ÜZƏ ÇIXDI

10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun xaricə pul transferlərini həyata keçirdiyini təsdiqləyən yazışmaları üzə çıxıb. Xəbəral.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, V.Muradov 2016-2020-ci illərdə mütəmadi olaraq xaricə pul transferləri etməklə bağlı danışıqlar və yazışmalar aparıb.Həmin yazışmalardan bir hissəni təqdim edirik.– Daimi Akkuş 1365 dollar– Deyim hazırlasınlar?– De.– […]

Hadisə

İnam Kərimovun havaya sovurduğu BÜDCƏ PULLARI… – İLGİNC FAKTLAR

Prezident İlham Əliyev 2008-ci sentyabrın 19-da Şəki “Aqro-İndastri” MMC-nin rayonun Orta Zəyzid kəndində, keçmiş Kökəltmə Birliyinin ərazisində tikilmiş müasir tipli süd emalı zavoduna baş çəkəndə bu müəssisənin sonralar məhv ediləcəyi heç kimin ağlına gəlməzdi. Xəbəral.az-ın məlumatına görə, gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, bu müəssisənin tikintisinə Azərbaycan Beynəlxalq Bankı ilə Hollandiyanın “Roqobank”ı arasında imzalanmış kredit […]

Hadisə

Əsas onun kabineti İSTİ OLSUN… – GERİSİ ƏFSANƏDİR…

Xəbəral.az bildirir ki, “DogruXeber.az”a daxil olan məlumata görə Qaradağ rayon Müşfiqabad qəsəbəsi, “Məcburi köçkün şəhərciyi”ndə keçən həftədən evlərə istilik təminatı dayandırılıb. “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən səbəb isə sözügedən ərazidə yaşayan sakinlərin ödəniş borclarının olmasıdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2021-ci ilin əvvəlinə qədər sözügedən ərazi gündə iki dəfə – səhər və axşam saatlarında […]

Hadisə

Bu ərazilərdə su kəsiləcək

Bakının Binəqədi rayonunda içməli su kəsiləcək.Bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. “Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq”, – ASC […]

Hadisə

OMD xəstəxanasına qarşı RÜŞVƏTXORLUQ İTTİHAMI – “Rəhbər vəzifələrdə əyləşən “həkimlər”…”

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanasına) ödədiyiniz pullar rəhbər vəzifələrdə əyləşən “həkimlər” tərəfindən mənimsənilir”.  Xəbəral.az yenicag.az-a istinadla xəbər verir ki, 6 aylıq övladını OMD xəstəxanasına aparan “İctimai Tv”nin əməkdaşı Ürfan Məmmədli orada üzləşdiyi neqativ hallara etiraz edib. O, qeyd edib ki, sözügedən xəstəxanada özbaşınalıq baş alıb gedir: […]