Hadisə Manşetüstü

Hacıqabulda mikroavtobus qəzası – 8 yaralı

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb. XeberAl.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb. Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfərin xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul “təcili yardım” maşınları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisə Manşetüstü

Bakıda AĞIR QƏZA – 3 qadın xəstəxanalıq oldu

Buzovna-Maştağa yolunda yol qəzası baş verib. Hadisə Buzovna-Maştağa yolunda baş verib. Hadisə nəticəsində 3 nəfər qadın ağır xəsarətlər alıb. Xəsarət alan 47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. (trend)

Hadisə Manşetüstü

Qubada yol qəzası: ər-arvad xəsarət aldı

Quba-Nugədi yolunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Səhiyyə Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, yol qəzasında 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyəti orta ağırdır.

Hadisə manset

Bakıda iyrənc hadisə: Kişi 17 yaşlı qızı ağaclıq sahəyə aparıb, zorladı

Bakıda 17 yaşlı qıza təcavüz olunub. XeberAl.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “SOS” Uşaq Sığınacaq Birliyindən Xətai rayon Prokurorluğuna məlumat verilib. Bildirilib ki, Birliyə sığınan 2002-ci il təvəllüdlü H. B.-nı bu ilin iyul ayında zorlayıblar. H. B. birliyə sığınmadan öncə küçələrdə gecələyib. Bu zaman Yadigar adlı şəxs gecə saatlarında rayonun Sadıqcan küçəsindəki ağaclıq […]

Hadisə Manşetüstü

Maşınla vurulan uşağı xilas etmək istədi, özü qəzada öldü

Quba rayonunda avtomobillə vurulan yeniyetməni xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb. XeberAl.az-ın məlumatına görə, hadisə Rustov kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov kənd içində avtomobilin vurduğu qonşusunun oğlunu öz maşını ilə xəstəxanaya çatdırmaq istəyib. Ancaq idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə E.Əzizov hadisə yerində ölüb. Yeniyetməni vuran […]

Hadisə Manşetüstü

Tovuzda avtomobil yarımtikili evə çırpılıb, xəsarət alan var

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. XeberA.az xəbər verir ki,hadisə rayonun Aşağı Əyublu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yarımtikili evə çırpılıb. Qəza nəticəsində 1983-cü il təvəllüdlü Mahir Kazımov xəsarət alıb. Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Hadisə Manşetüstü

Hacıqabulda ağır yol qəzası: 1 nəfər öldü, 1-i xəsarət aldı

Hacıqabul rayonunun Nəvahi kəndində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılmas nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./report/

Hadisə manset

Qubada ötən gün başlayan yanğın hələ də davam edir

Qubada ötən gün başlayan yanğın lokallaşadırılıb, dağlıq və keçilməz ərazilərdə isə tüstülənmə qalmaqdadır. Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsində çətinliklər yaradır: “Hazırda yanğın çətin keçilən, qaratikan adlanan ağacların çox olduğu yerdə davam edir […]

Hadisə Manşetüstü

Aeroport yolunda qəza: 4 nəfər…

Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. “Buta Palace”nin yanında “BMV X5” markalı avtomobilin “VAZ-2104″ə çırpılması nəticəsində 4 nəfər yaralanıb. Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlu xəsarət alıb. Yaralıların hamısı “VAZ-2104″də […]