Dünya

ABŞ-də “Boeing 777”nin havada təkəri qopdu – VİDEO

San-Fransisko hava limanından havaya qalxan “Boeing 777” təyyarəsinin təkəri arxa şassinin dayağından qopub. Hadisə şahidlərinin sözlərinə görə, təkər dayanmış avtomobillərin üzərinə düşüb və maşınlara ziyan dəyib. Yaponiyaya uçan təyyarə təcili olaraq Los-Ancelesə enməli olub. Texniki nasazlıq aradan qaldırılandan sonra “Boeing 777” nəzərdə tutulan uçuşu həyata keçirib. Mənbə: Aif.ru Xeberal.az

Dünya

Tramp Baydenlə bağlı gülməli video paylaşıb – VİDEO

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Amerika lideri Co Baydenin Konqres qarşısında çıxışını ölkə üçün rüsvayçılıq  adlandırıb. O bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb. “Bu, ölkəmiz üçün rüsvayçılıq idi”, – deyə Tramp qeyd edib. Tramp, həmçinin Baydenin çıxışını lağa qoyaraq xüsusi effektlərdən istifadə edilmiş videosunu paylaşıb. Mənbə: sputniklive Xeberal.az

Dünya

Fransanın müdafiə naziri Makronun sözlərinə aydınlıq gətirdi

“Makronun Ukraynaya qoşun yeritməsi ilə bağlı sözləri yanlış şərh edilib” Bu açıqlama ilə Fransanın müdafiə naziri Sebastyan Lekornyu çıxış edib. O bildirib ki, söhbət münaqişənin həlli istiqamətində yolların axtarıb tapılması, həmçinin Ukrayna ərazisinin minalardan təmizlənməsi və Ukrayna hərbçilərinə təlim keçilməsindən gedir. Xatırladaq ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitdə Ukraynaya qoşun göndərilməsini […]

Dünya

Aynur Noğayeva: “Zəngəzur dəhlizi layihəsi 2029-cu ilə qədər tamamlana bilər” – AÇIQLAMA

Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması xüsusən erməni ekspert çevrələrində mütəmadi müzakirə edilir. Bir neçə gün əvvəl isə Antalya Diplomatik Forumunda aparılan müzakirələr zamanı Ermənistan tərəfi Türkiyə ilə münasibətlərin ilkin şərt olmadan tezliklə həllinə hədsiz dərəcədə maraq göstərdiyini açıq şəkildə bəyan edib. Ərzincan Binali Yıldırım Universitetinin professoru, “Yeni Şafak” qəzetinin köşə yazarı Aynur Noğayeva Oxu.Az-a açıqlamasında qeyd edib […]

Dünya

“Qalatasaray”ın sabiq oyunçusu baş məşqçi təyin edildi – FOTO

“Qalatasaray”ın sabiq oyunçusu Səlcuk İnan Türkiyənin “Qaziantep” futbol klubuna baş məşqçi təyin olunub.  Məlumat klubun rəsmi internet səhifəsində dərc edilib. 39 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. S.İnan 2020-22-ci illərdə “Qalatasaray”da köməkçi məşqçi, 2022-23-cü illərdə isə “Kasımpaşa”da baş məşqçi kimi fəaliyyət göstərib. Xeberal.az

Dünya

Azərbaycanın qadın boksçusu ispaniyalı rəqibinə qalib gəlib

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana Soto Torresə qalib gəlib. Federasiyadan Oxu.Az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib. Ardıcıl ikinci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə martın 9-da çıxacaq. Qeyd edək ki, […]

Dünya

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Bu gün, martın 8-də səhər saatlarından etibarən günün sonuna qədər güclü maqnit qasırğası müşahidə olunur.  Mütəxəssislər qeyd edirlər ki, bununla əlaqədar meteohəssas insanlar əhval dəyişikliyi, baş ağrısı və zəiflik hiss edə bilərlər. Qeyd olunur ki, maqnit qasırğasının əsas zirvəsi günün birinci yarısında olub, axşama yaxın aktivlik səngiyəcək. Mənbə: “Creativestar” “Telegram” kanalı Xeberal.az

Dünya

Dünyanın ən varlı beş qadınını tanıyaq

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər. Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır. Onları sizə təqdim edirik: 5. Miriam Adelson Narkotik asılılığı ilə mübarizə aparan ABŞ və israilli həkim Miriam Adelsonun sərvəti 35,7 milyard dollardır. 2021-ci ildə əri Şeldon Adelson öldükdən […]

Dünya

Azərbaycan Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb. Oxu.Az xəbər verir ki, AFFA Hakimlər Komitəsi martın 8-10-da keçiriləcək matçları idarə edəcək referiləri müəyyənləşdirib. Komitə bu dəfə oyunları Tural Qurbanov, Rəvan Həmzəzadə, İnqilab Məmmədov, Rəşad Əhmədov və Əliyar Ağayevə etibar edib. Azərbaycan Premyer Liqası XXVI tur 8 mart 19:00. “Səbail” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, […]