Dünya

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu – Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. Oxu.Az xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, bu, İranın Dəməşqdəki diplomatik korpusuna hücuma cavabdır. Daha əvvəl ABŞ rəsmiləri İraq və […]

Dünya

Bayden təhlükəsizlik komandasını yığdı: Məsləhətləşmələr aparılır

ABŞ Prezidenti Cozef Bayden İranın İsrailə hücumu ilə bağlı Ağ Evdə milli təhlükəsizlik komandası ilə məsləhətləşmələr aparır.  Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayılıb. Digər təfərrüatlar açıqlanmır. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi […]

Dünya

Rişi Sunak: “Böyük Britaniya İsrailin təhlükəsizliyini müdafiə edəcək” – FOTO

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İranın İsrailə qarşı hücumunu pisləyib. Baş nazir bildirib ki, İranın hücumu gərginliyi alovlandırmaq və regionda sabitliyi pozmaq riski daşıyır. “Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşların, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini müdafiə etməyə davam edəcək”, – o əlavə edib. Read my statement on the Iranian regime’s reckless attack […]

Dünya

“Barselona”dan minimal hesablı qələbə – VİDEO

İspaniya çempionatının 31-ci turunun “Kadis” – “Barselona” matçı başa çatıb. Oxu.Az xəbər verir ki, Kadisdəki (İspaniya) “Nuevo Mirandilya” stadionunda keçirilən görüş 1:0 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb. Bu, “Barselona”nın La Liqada ardıcıl 4-cü qələbəsidir. 37-ci dəqiqədə künc zərbəsindən sonra yeganə qolu “Barselona”nın və Portuqaliya millisinin hücumçusu Joau Feliks vurub. İspaniya çempionatında keçirdiyi 31 […]

Dünya

SEPAH bəyanat yaydı: “Bu, iki generalın öldürülməsinə cavabdır”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildəki xüsusi hədəfləri onlarla pilotsuz uçuş aparatı, raketlərlə və qanadlı raketlərlə vuracağını bəyan edib. Mənbə: timesofisrael.com Xeberal.az