Dünya

İsrail ordusu Qırmızı dənizdən gələn şübhəli hədəfi ələ keçirib – VİDEO

İsrailin cənubunda yerləşən Eylat şəhərində Qırmızı dənizdən altıncı sinif “Saar” korvetindən atılan tutucu raketin atıldığı müşahidə edilib. Bu barədə şəhər sakinləri məlumat veriblər. Müşahidə kamerası görüntüləri və sosial mediada yayımlanan digər videolarda “C-Dome” kimi tanınan gəmiyə quraşdırılmış “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən raket atıldığı görünür. Qeyd olunur ki, şübhəli hədəf ələ keçirilib. İsrail […]

Dünya

Antalyada funikulyorda baş verən qəza ilə bağlı bələdiyyə sədri həbs edilib – FOTO

Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda bir nəfərin öldüyü, yeddi nəfərin yaralandığı kanat yolu qəzası ilə bağlı saxlanılan 14 şübhəlidən beşi həbs edilib. İstintaq çərçivəsində Türkiyə Baş Prokurorluğu eyni zamanda Kepez Bələdiyyə Başçısı Mesut Kocagöz haqqında da həbs qərarı çıxarıb. Kocagöz nəzarətə alınıb. Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) […]

Dünya

Şolts Çinə getməzdən əvvəl “TikTok” hesabı açaraq söz verdi

Almaniya kansleri Olaf Şolts Çinə üç günlük səfərə gedib. Bu, Almaniya hökuməti başçısının vəzifəyə gəldikdən sonra Çinə ikinci səfəridir. Birincisi 2022-ci ilin noyabrında olub və pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən cəmi bir gün davam edib. Şoltsu Almaniya biznesinin yüksək vəzifəli nümayəndələrindən ibarət böyük nümayəndə heyəti müşayiət edir. Səfərdən öncə 65 yaşlı kansler hətta Çin sosial […]

Dünya

Yeganə “McLaren Senna GTR” hərraca çıxarılıb – FOTO

Böyük Britaniyanın “Lanzante” tüninq atelyesi tərəfindən 1995-ci ildə “Le Manda 24 saat” yarışında “McLaren”in qələbəsinin 25-ci ildönümü şərəfinə seriya çərçivəsində yaradılmış “McLaren Senna GTR LM 25” unikal idman avtomobili mayın 10-11-də Monakoda keçiriləcək “RM Sotheby’s”in hərracına çıxarılıb. Lotun gözlənilən qiyməti 1,4-1,6 milyon avro təşkil edir. “LM 25 Edition” seriyası “600LT”, “765LT” və “Senna” kupesi də […]

Dünya

Los-Ancelesdə polislə atışma canlı yayımlanıb – VİDEO

Los-Ancelesdə silahlı yerli sakin Marina del Rey limanı ərazisindəki binanın damına çıxdıqdan sonra atəş açıb. O, atışmanı sosial şəbəkələrdə canlı olaraq yayımlayıb. Hücumçu bir neçə növ silahdan atəş açıb. Polis yerli sakinlərdən gizlənməyi və çölə çıxmamağı xahiş edib. Hüquq-mühafizə orqanları şübhəli şəxsi saxlamağa nail olublar və o, hazırda həbsdədir. Ölənlər və yaralananlar barədə məlumat yoxdur. […]

Dünya

Papua Yeni-Qvineyada güclü zəlzələ olub

Papua Yeni-Qvineyada 6,5 maqnitudalı zəlzələ olub. Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Qeyd olunur ki, yeraltı təkanlar ölkənin Yeni Britaniya adasında baş verib. Zəlzələnin ocağı 49 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi yerli vaxtla 06:56-da (Bakı vaxtı ilə 00:56-da) qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilməyib. Mənbə: TASS Xeberal.az

Dünya

Cokoviç azarkeşlərə əsəbiləşdi: “Ağzınızı yumun!” – VİDEO

Serbiyalı tennisçi Novak Cokoviç norveçli Kasper Ruuda qarşı Monte Karloda (Monako) keçirilən “Masters” seriyalı turnirinin yarımfinal matçında azarkeşlərin təxribatına münasibət bildirib. Tribunalardakı azarkeşlər qışqırıqları ilə onun müsahibəsinə mane olublar. Cokoviç isə onlara “Ağzınızı yumun!”, – deyə qışqırıb. Qeyd edək ki, Cokoviç – Ruud görüşü 6:4, 1:6, 6:4 hesabı ilə norveçli tennisçinin qələbəsi ilə başa çatıb. […]

Dünya

Rusiyada kütləvi davanın iştirakçıları avtomobillə vurulub – VİDEO

Rusiyanın Saratov şəhərinin mərkəzində kütləvi dava zamanı avtomobili bir qrup iştirakçının üzərinə sürüblər. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Görüntülər mağazalardan birinin yaxınlığında onlarla kişinin küçə döyüşü təşkil etdiyini göstərir. Onlardan biri yaxınlıqdakı maşının sükanı arxasına keçib, qəza siqnalını yandırıb və digər iştirakçıları vuraraq dairələrlə hərəkət etməyə başlayıb. Bundan sonra avtoxuliqanlar avtomobilə zərbələr endirməyə başlayıblar. Onlardan […]

Dünya

“İnter” doğma meydanda “Kalyari”yə qalib gələ bilmədi – VİDEO

Futbol üzrə İtaliya çempionatının 32-ci turunun oyununda Milanın “İnter”i doğma meydanda “Kalyari”ni məğlub edə bilməyib. Oxu.Az xəbər verir ki, Milanda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Markus Tyuram və Hakan Çalhanoğlu penalti edərək, fərqləniblər. Qonaqların qollarını Eldor Şomurodov və Nikolas Viola vurub. Qeyd edək ki, “İnter” A Seriyasında ardıcıl 26 oyundur ki, […]

Dünya

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda “Ultimate Fighting Championship” (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş “UFC 303” turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaşı var. O, qarışıq döyüş növləri üzrə 22 qələbə qazanıb, altı məğlubiyyət alıb. 2021-ci ilin iyulunda amerikalı Dastin […]