Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, Nuyyamaa vasitəsilə Saymaa kanalı boyunca gəmilərin hərəkəti dayandırılıb. Həmçinin, Haapasaari və Santio su keçid məntəqələri də qeyri-müəyyən müddətə bağlanıb. Mənbə: ntv.ru Xeberal.az

Dünya

Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb

Şanlıurfadan Samsuna gedən sərnişin avtobusuna Kayseridən minən Sercan Cümbüş əlindəki şüşə butulkanı qıraraq sərnişinləri girov götürməyə çalışıb. Bu vaxt avtobusun ön qapısını açan sürücünün xəbərdarlığı ilə sərnişinlər nəqliyyat vasitəsini tərk ediblər. Həmin şəxs yol bələdçisini girov götürüb. Hadisə yerinə polis qrupları gəlib. Polisin keçirdiyi əməliyyat zamanı saxlanılan Cümbüş dindirildikdən sonra prokurorluğa göndərilib. İfadəsində psixoloji problemləri […]

Dünya

BRİKS-ə qoşulmaq üçün 40-dan çox dövlət müraciət edib

Hazırda 40-dan çox dövlət BRİKS-ə qoşulmaq üçün müraciət edib. Bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. Senatorun sözlərinə görə, hər ay BRİKS-ə qoşulmaq arzusunu bəyan edən dövlətlərin sayı artır. Lakin təşkilat üçün ciddi nizamnamə yaratmağa tələsməyə ehtiyac yoxdur. Karasin BRİKS ölkələri arasında ödənişlərdə de-dollarizasiyanı “qaynar məsələ” adlandırıb və bu mövzunun Sankt-Peterburqda BRİKS […]

Dünya

Fransanın keçmiş baş naziri: “Paris İrana nüvə zərbəsi endirə bilər”

Fransanın keçmiş baş naziri Manuel Vals İrana nüvə zərbəsi endirilməsinin mümkünlüyünü istisna etməyib. O, LCI TV-yə müsahibəsində deyib ki, bütün diplomatik vasitələr tükəndiyi halda, Tehranın öz nüvə silahına malik olmasını gözləmədən Paris belə bir addım atmalıdır. Onun sözlərinə görə, diplomatik kanallar fəaliyyətini dayandırarsa, Fransanın zərbə vura biləcəyi ideyası nəzərdən keçirilməlidir. Sabiq baş nazir vurğulayıb ki, […]

Dünya

İtaliya Tehrandakı konsulluğunu bağladı

İtaliyanın Tehrandakı Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, italiyalılara konsulluq xidmətlərinin göstərilməsi hələ də davam edir. İtaliya Xarici İşlər Nazirliyi konsulluğun bağlanmasının səbəblərini hələlik açıqlamayıb. Mənbə: TASS Xeberal.az

Dünya

Türkiyədə düşmən sandığı adama atəş açan şəxs ələ keçdi

İstanbulun Beyoğlu rayonunda düşməninə oxşadığı adamın ayağına tapança ilə atəş açıb. Məlumata görə, hadisə ötən ay Beyoğlunun Yəhya Kahya Məhəlləsində baş verib. Cinayəti törədən şəxs hücum anında müşahidə kamerasına düşüb. Həmin şəxs bayram günü anasının əlindən öpərkən Beyoğlu polisi tərəfindən həbs edilib. Mənbə: cnnturk Xeberal.az

Dünya

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini “yararaq” bu ölkənin iki hava bazasına – Nevatim və Negev hava bazalarına düşüb. Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar ilə birlikdə C-130 nəqliyyat təyyarəsi zədələnib. Daha dörd ballistik raket isə Negev aviabazasını vurub, lakin […]

Dünya

İsrail İrana nə vaxt cavab zərbələri endirəcək? – Qərar ləngiyir…

İsrail hərbi kabinetində İranın hücumuna cavab və onun vaxtı ilə bağlı qızğın müzakirələr gedir. Məlumata görə, həm silahlı cavab variantları, həm də İranı dünya miqyasında daha da təcrid etmək üçün diplomatik yollar nəzərdən keçirilir. Hərbi variantlar arasında İran obyektinə hücum nəzərdə tutulur ki, bu da itkilərə səbəb olmayacaq, əksinə müəyyən mesaj verəcək. Qeyd olunur ki, […]

Dünya

Rusiya və Tacikistan birgə hərbi təlimlərə başladı

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təlimlərin açılışı “Harb Maydon” poliqonunda başlayıb. Məlumata görə, Rusiya hərbi kontingentinin əsasını 201-ci Rusiya hərbi bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava qruplarının ekipajları təşkil edir. İnformasiyaya əsasən, manevrlər zamanı […]

Dünya

Müstəmləkə dövrünün xiffəti – Makronun Mərakeş səfərinin hədəfi – ŞƏRH + FOTO

Fransanın müstəmləkə siyasətinin ifşası və iflası davam edir. Keçmiş müstəmləkələrdə baş verən etirazlar, mitinqlər səngimir, əksinə, getdikcə geniş vüsət alır. Afrikada olduğu kimi, dənizaşırı ərazilərdə yerləşən ada ölkələrinin də Fransanın qatı müstəmləkəçilik və talama siyasətinə qarşı etirazları dönməz xarakter alır. Bu gün əksər müstəmləkə ölkələrində Fransanın mövcudluğu nifrətlə qarşılanır. Cəmiyyətlərin, müxtəlif xalqların və icmaların təpkiləri […]