Dünya

Avropa ABŞ-nin NATO-dan çıxmasına hazırlıq görməyə çağırır

“NATO-ya üzv olan Avropa ölkələri ABŞ-nin Alyansdan çıxacağı ssenariyə hazır olmalıdırlar”. Bu barədə bir sıra xarici diplomatlar xəbərdarlıq ediblər. Onların təxminlərinə görə, bu variant respublikaçı Donald Trampın ABŞ prezident seçkisində qalib gələcəyi təqdirdə mümkündür. “NATO-nun üzvü olan Avropa ölkələrinin paytaxtları Donald Trampın təhdidləri fonunda öz hərbi imkanlarını planlaşdırmalı və yenidən düşünməlidir”, – məlumatda bildirilir. Qeyd […]

Dünya

Nigeriyada quldurlar 15 məktəblini qaçırıblar

Quldurlar Nigeriyanın şimal-qərbində 15 məktəblini qaçırıblar. Bu barədə Nigeriyadakı Liman Abubakar təhsil müəssisəsinin nümayəndəsi məlumat verib. “Bu saata olan məlumata görə, 15 şagird itkin düşüb, lakin onların sayı arta bilər”, – o bildirib. Qeyd olunur ki, quldurlar gecə yarısı Sokoto ştatında məktəb yataqxanasına hücum ediblər. Hazırda məktəblilərin qaçırılması bu həftə ikinci hadisə hesab olunur. Xatırladaq […]

Dünya

İran ölkə tarixində ən böyük kiberhücumu dəf edib

İranlı ekspertlər ölkə tarixində ən böyük haker hücumunu dəf etdiklərini bildiriblər. Rəsmi məlumatda qeyd olunur ki, fevralın 28-də parlamentin aşağı palatası və Ekspertlər Şurasına keçirilən seçkilər ərəfəsində irimiqyaslı DDoS hücumu baş verib. Kiberhücumun sürəti saniyədə 136 milyon sorğu olub, lakin İran hakimiyyəti bunun tamamilə dəf edildiyini iddia edir. Həmçinin bildirilir ki, ümumilikdə kibertəhlükəsizlik mütəxəssisləri 160-a […]

Dünya

Asif Əli Zərdari Pakistanın prezidenti seçilib

Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib. Bu barədə ölkənin Seçki Komissiyası məlumat yayıb. Verilən məlumata görə, Zərdari prezident seçkisində seçicilər kollegiyasının 411 səsini alıb. Onun rəqibi Mahmud Xan Açakzay isə 181 səs toplayıb. Prezident seçkisi martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkisindən bir ay sonra və ya […]

Dünya

“Atletiko” səfərdə məğlub oldu – VİDEO

Futbol üzrə İspaniya çempionatının 28-ci turunda “Atletiko”(Madrid) “Kadiz”in qonağı olub. Oyunda sevinən tərəf meydan sahibləri olub – 2:0. 55 xalı olan “Atletiko”(Madrid) İspaniya La Liqasında dördüncü sırada qərarlaşıb. İspaniya La Liqasının lideri 66 xalla “Real”(Madrid) klubudur. “Kadiz” – “Atletiko”(Madrid) – 2:0   Xeberal.az

Dünya

Türkiyədə terrorçulara qarşı əməliyyat keçirilib: 20 nəfər tutulub – VİDEO

Türkiyədə terror təşkilatları üzvlərinə qarşı əməliyyatlar davam edir. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” sosial şəbəkə hesabında yazıb. Nazir bildirib ki, polis tərəfindən İstanbul və Eskişehirdə keçirilən əməliyyatlarda 20 nəfər terrorçu ələ keçirilib. İstanbul merkezli 2️⃣ ilde DHKP/C ve MLKP Terör Örgütlerine yönelik eş zamanlı olarak gerçekleştirilen “BOZDOĞAN-10” operasyonlarında 2️⃣0️⃣ şüpheli […]

Dünya

Kanada qadınlara qarşı zorakılıqla ittihamı ilə iki İran rəsmisinə sanksiya tətbiq etdi – FOTO

Kanada hökuməti “İranda qadın və qızların zorakılıqla sıxışdırılmasında iştirak etmək” ittihamı ilə iki İran rəsmisinə sanksiya tətbiq edib. Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib. “Fərda-ye Eghtesad” saytının məlumatına görə, bununla bağlı Kanadanın xarici işlər naziri bəyanat yayıb və Tehran metrosunun icraçı direktoru Məsud Dorosti və İran parlamentinin üzvü Zöhrə İlahiyanın sanksiyalar siyahısına salındığını deyib. […]

Dünya

Polşalı fermerlər “ölkəni dayandırmaq” niyyətində olduqlarını açıqlayıblar

Polşanın Baş naziri Donald Tusk ilə danışıqlar uğursuz olarsa, polşalı fermerlər etiraz aksiyalarını genişləndirməyi və “ölkəni dayandırmağı” planlaşdırırlar. Bunu Qərbi Pomeraniya Voyevodalığında etiraz aksiyalarının liderlərindən biri Stanislav Varna deyib. Varnanın sözlərinə görə, iki ay “barrikadalarda” qaldıqdan sonra fermerlər ölkə hakimiyyətinin onları ciddi qəbul etmədiyini başa düşüb. “Heç bir problem həll olunmayıb. Buna görə də biz […]

Dünya

ABŞ üç ölkəyə qoşun yeridəcək

ABŞ Konqresi Sakit Okean ada ölkələrinə ABŞ-nin eksklüziv hərbi mövcudluğu müqabilində 7,1 milyard dollar iqtisadi dəstəyi təsdiqləyib. Bu barədə “Financial Times” nəşrində yazı dərc edilib. Yazıda qeyd olunub ki, söhbət Palau, Marşal adaları və Mikroneziyadan gedir. “ABŞ Konqresi ABŞ-nin Sakit Okean ada ölkələri ilə əsas müqavilələrinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu saziş […]

Dünya

Almaniya ilə Fransa arasında fikir ayrılıqları dərinləşir

Ukraynadakı müharibə Almaniya Kansleri Olaf Şoltsla Fransa Prezidenti Emmanuel Makron arasında inciklik yaradıb. İki lider arasında fikir ayrılıqları getdikcə dərinləşir. Liderlərin son həftələrdə verdikləri açıqlamalar dövlətlər arasındakı ikitərəfli münasibətlərə zərbə vurub. “Avropanın Ukraynaya dəstək və Rusiyanın hibrid müharibəsinə qarşı müdafiəsi üçün vahid cəbhə təqdim etməli olduğu bir vaxtda iki ən böyük Avropa dövləti böhran içindədir”, […]