Dünya

Mauro İkardi uşaq pərəstişkarları ilə bağlı paylaşım etdi: “Nəsillərimizin tarixinə yazılacaq…” – FOTO

Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerli uşaqların xahişi ilə bələdiyyə tərəfindən məhəllə divarlarına yerli və xarici futbol ulduzlarının şəkilləri çəkilib. “Beşiktaş”lı Vinsent Aboubakar, “Fənərbağça”lı Edin Dzeko ilə yanaşı “Qalatasaray” klubunun argentinalı ulduz forvardı Mauro İkardi də şəkli çəkilənlər arasında olub. İkardi bununla bağlı sosial “Instagram” hesabında paylaşım edib. O, uşaq pərəstişkarlarının onun şəklinin qarşısında çəkilmiş […]

Dünya

“Microsoft” 100 min qadına süni intellekt texnologiyaları üzrə təlim keçəcək

ABŞ-nin texnologiya nəhəngi “Microsoft” 100 min filippinli qadına süni intellekt və kibertəhlükəsizlik texnologiyaları üzrə təlim keçəcək təhsil xeyriyyə proqramı elan edib. Proqram Ticarət Naziri Cina Raymondonun başçılıq etdiyi ABŞ-nin Filippinə ikigünlük ticarət missiyası zamanı elan edilib. Qadınların təhsili “Microsoft” onlayn platformasında aparılacaq. Onlar “OpenAI”nin böyük dil modelləri əsasında “Microsoft AI” alətlərindən istifadə etmək üçün təlim […]

Dünya

Xabi Alonso “Qarabağ”la oyun barədə: “Çox sayda güclü futbolçuları var”

“Oyundan əvvəl nikbin olmaq üçün bir çox səbəbimiz var”. Bu sözləri “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonso Almaniyada “Qarabağ”a qarşı oynayacaqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. “Bizə yaxşı oyun və azarkeşlərin tam dəstəyi lazımdır. “Qarabağ” güclü kollektivə malikdir və çox sayda güclü futbolçuları var. Amma biz öz […]

Dünya

Mesut Özil və həyat yoldaşından Ramazanda tələbələrə jest

Əfsanəvi futbolçu Mesut Özil yaşıl meydanlarla vidalaşdıqdan sonra özünü xeyriyyə işlərinə həsr edib. Ehtiyacı olanlara yardım edən Özil bu Ramazanda zəlzələ qurbanları üçün hərəkətə keçib. Özil həyat yoldaşı Amine Gülşe ilə birlikdə zəlzələ fəlakətində ailəsini və yaxınlarını itirən 18 uşağın təhsilini üzərinə götürüb. Qeyd edək ki, Özil uşaqlara 12 illik icbari təhsil müddətində dəstək olacaq. […]

Dünya

“Qarabağ” ən uğurluların arasında üçüncüdür – FOTO

UEFA Avropa Liqasının rəsmi səhifələri ən uğurlu komandalarının siyahısını hazırlayıb. Oxu.az xəbər verir ki, onların arasında “Qarabağ” da var. Ağdam təmsilçisi üçüncü pillədə yer alıb. Siyahı komandaların keçirdiyi son beş oyunda əldə etdikləri nəticələrə aiddir. Qeyd edək ki, Fransanın “Marsel” klubu birinci pillədə yer alıb. Onlar beş oyunun hamısını qələbə ilə bitiriblər. İkinci yerdə “Liverpul”, üçüncü pillədə […]

Dünya

Qəzzada ölənlərin sayı 31 mini keçib

Qəzzada ölənlərin sayı 31,3 min nəfərə yaxınlaşıb. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi xəbər verib. Bildirilir ki, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri Qəzza zolağında  azı 31 272 nəfər ölüb, 73 024 nəfər isə yaralanıb. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də radikal HƏMAS hərəkatının İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, […]

Dünya

Buz üstündə güləş: “Çikaqo” – “Anahaym” oyununda kütləvi dava düşdü – VİDEO

ABŞ Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümünün Çikaqo şəhərində keçirilən “Blekhouks”-“Anahaym” oyununun 50-ci dəqiqəsində kütləvi dava baş verib. “United Center”in buz meydançasında keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində oyunçular arasında düşən davaya görə qapıçılar Petr Mrazek və Con Gibson cəzalandırılıblar. Onlar qapını tərk etdikləri üçün iki dəqiqəlik, qeyri-idman hərəkətinə görə isə on dəqiqəlik cəza alıblar. Qeyd edək […]

Dünya

70 il “dəmir ağciyərdə” yaşayan Pol Aleksandr vəfat edib

ABŞ-nin Texas ştatının Dallas şəhərində 70 ildən çox “dəmir ağciyərdə” yaşayan 78 yaşlı Pol Aleksandr dünyasını dəyişib. Qeyd edək ki, 1952-ci ildə altı yaşlı Pol Aleksandrın virus səbəbiylə bütün bədəni boyundan aşağı iflic olub. O, yalnız başı çıxdığı 600 kiloluq xüsusi silindrdə “Dəmir ağciyərlərlə” yaşamağa möhtac qalıb. Lakin buna baxmayaraq, Paul Aleksandr yazıçı, hüquqşünas və […]

Dünya

Qurban Qurbanovun namizəd göstərildiyi vəzifəyə TƏYİNAT – FOTO

Maurisio Sarrinin “Latsio” klubunun baş məşqçisi postundan istefa verdikdən sonra komanda yeni baş məşqçinin təyin olunduğunu açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Klub əldə olunan məqsədlərə və görülən işlərə görə məşqçiyə təşəkkür edir, ona şəxsi və peşəkar həyatında uğurlar arzulayır. Klub komandanın rəhbərliyini Covanni Martuşelloya həvalə etmək qərarına gəldiyini açıqlayır”, – “Latsio”nun açıqlamasında […]

Dünya

Fransa Futbol Federasiyası Ramazan ayında matçlar zamanı iftarla bağlı qərarını açıqladı

Fransa Futbol Federasiyası Ramazan ayı ərzində matçlar zamanı iftar üçün əlavə fasilələrə icazə verməyəcək. Federasiya bununla bağlı mövqeyində qaldığını bildirib. Qeyd edilib ki, rəhbərlik keçən il olduğu kimi, bu il də rəsmi şəxslərə elektron məktub göndərməyib, lakin Ramazanda oyunçuların matçlar zamanı iftar etmələrinə icazə verilməsi üçün də hər hansı xüsusi tədbir görülməyəcək. Federal Məhkəmə Komissiyasının […]