Dünya

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın “InterGlobe” şirkəti ABŞ-nin “Archer Aviation” şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. “InterGlobe” Hindistanın ən böyük aviaşirkətlərindən biri olan “IndiGo”ya sahibdir və “Archer Aviation” hava taksilərinin inkişafında dünya liderlərindən biridir. Sonuncu Hindistan şirkətini “Midnight” modelinin 200-ə yaxın şaquli hərəkətli (eVTOL) elektrik avtomobili ilə təmin edəcək. Avtomobilin bir elektrik batareyası […]

Dünya

Çexiyanın dövlət borcu rekord həddə çatdı

Çexiyanın dövlət borcu 2024-cü ilin birinci rübündə 109,9 milyard kron (təxminən 4,6 milyard dollar) artaraq rekord həddə – 3,221 trilyon krona (təxminən 136 milyard dollara) çatıb. Bu barədə respublikanın Maliyyə Nazirliyinə istinadən məlumat yayılıb. Çexiyanın dövlət borcu ÜDM-in 43,6%-ni təşkil edir. Ötən ilin birinci rübünün sonunda bu göstərici 42,4% olub. Əhalinin sayına görə dövlət borcunun […]

Dünya

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6%), Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%) qeydə alınıb. Ölkə üzrə təbii azalma 51 469 nəfər təşkil edib. Həmçinin, Rosstatın məlumatına görə, fevralda […]

Dünya

Karlo Ançellotini ağladan səbəb

İtaliyalı çalışdırıcı Karlo Ançelotti komandasından ayrılan futbolçu üçün ağlayıb. Məlumata görə, “Real Madrid” klubunun təcrübəli mütəxəssisi Kazemironun komandadan ayrılmasının ardından məşqçi gözyaşlarını tuta bilməyib. Bu barədə “Marka” nəşrinə müsahibəsində braziliyalı futbolçu Kazemironun özü danışıb. “Klubdan ayrılarkən Ançelottinin otağına daxil oldum və onun ağladığını gördüm. Mən də özümü saxlaya bilmədim, amma artıq hər şey üçün gec […]

Dünya

NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi

NATO Rusiya ərazisindəki hərbi obyektləri Ukraynanın zərbələri üçün qanuni hədəf hesab edir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O, qeyd edib ki, Ukrayna Rusiya ərazisinə zərbə endirməklə özünümüdafiə hüququndan istifadə edir. Stoltenberqin fikrincə, Ukraynanın beynəlxalq hüquqa əsasən özünümüdafiə hüququ var, NATO ölkələrinin isə münaqişə tərəfi olmadan Kiyevə “öz hüququnun müdafiəsində kömək etmək” hüququ var. […]

Dünya

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

G7 (Böyük Yeddilik) ölkələri Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıb. Müvafiq bənd qrupa daxil olan ölkələrin XİN başçılarının İtaliyada keçirilən toplantısından sonra qəbul edilmiş bəyanatında yer alıb. “Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam […]

Dünya

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

“Meta” şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq “SpaceX” və “Tesla”nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvəti 2,6 milyard dollar artaraq 178 milyard dollara çatıb. Bu, yeni süni intellekt modeli “Llama 3” və “Meta […]

Dünya

Aİ Ukraynaya nə qədər pul xərcləyib?

“Avropa İttifaqının (Aİ) Ukraynaya yardım xərcləri 143 milyard avro təşkil edib”. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ABŞ-nin keçmiş prezidenti Donald Trampın Aİ-nin Ukraynaya ABŞ-dən 100 milyard dollar az xərcləməsi ilə bağlı tənqidinə cavab olaraq bildirib. “Gəlin açıq danışaq. Avropanın Ukraynaya yardımı 143 milyard avro olub”, – Mişel  “X”-də (keçmiş “Twitter”) yazıb. Qeyd edək […]

Dünya

Qlobal müdafiə xərcləri rekord həddə çatdı

Qlobal müdafiə xərcləri ilk dəfə olaraq 2023-cü ildə iki trilyon dolları keçib. Bu barədə ABŞ-nin müdafiə texnologiyaları konsaltinq şirkəti “Forecast International”ın hesabatında bildirilir. Qeyd olunur ki, müdafiə xərcləri il ərzində 10,4% artıb. Hərbi ehtiyaclara ayrılan xərclərin 2,12 trilyon dollara yüksəlməsinin səbəbləri arasında Ukrayna və Qəzza zolağındakı münaqişələr, Qırmızı dəniz regionunda vəziyyətin gərginləşməsi kimi amillər var. […]

Dünya

Qazaxıstandan elektron siqaretlərə QADAĞA

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericiliyə elektron siqaretlərin idxalı, istehsalı və satışının qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb. Ölkə rəhbərinin imzaladığı qanun elektron siqaretlərin və onunla bağlı məhsulların reklamına da qadağa qoyur. Düzəlişlər həmçinin bu qadağaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir. Müvafiq düzəlişlər […]