Dünya

Sorğu: Tramp Baydeni qabaqlayır

Əgər prezident seçkisi indi keçirilsəydi, amerikalıların 40%-i keçmiş ABŞ Prezidenti Donald Trampa, 38%-i hazırkı dövlət başçısı Co Baydenə səs verəcəkdi. Bunu “USA Today” və Saffolk Universitetinin keçirdiyi sorğunun nəticələri sübut edir. Tədqiqatda iştirak edən Respublikaçılar Partiyası tərəfdarlarının 85%-i Trampı, demokratların isə 81%-i Baydeni dəstəklədiyini bildirib. Respondentlərin dörddə biri noyabrda keçiriləcək seçkiyə yaxın qərarlarını dəyişə biləcəklərini […]

Dünya

Konqres ABŞ-də “TikTok” qadağasını təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib. Təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkətilə əlaqələrini kəsməkdir. Konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65 konqresmen isə əleyhinə çıxış edib. Qanunvericilər sosial şəbəkəni satmaq üçün “ByteDance”a altı […]

Dünya

Ərdoğanın mühafizə dəstəsi qəzaya düşdü: Ölən və yaralananlar var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə dəstəsi Şırnak vialyətinin İdil rayonunda avtomobil qəzası keçirib. İlkin məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, ikisi polis olmaqla üç nəfər yaralanıb. Prezident Ərdoğan Mardində çıxışı zamanı “Şırnakda qəza keçirən polis məmurumuz Fırat Dereyə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”, – deyə bildirib. Mənbə: Haber Global Xeberal.az

Dünya

Rusiya XİN rəsmisi Ermənistanın KTMT-yə qarşı ritorikasını təhqiramiz adlandırdı – VİDEO

“Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı ultimatum və təhqiramiz ritorikasından narahatdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru-nun müxbirinin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, İrəvanın səmərəsiz bəyanatları Ermənistan cəmiyyətinin şüuruna yeridilib. “Bu gün Ermənistan rəhbərliyinin KTMT mövzusuna dair bəyanatlarında üstünlük təşkil edən və erməni cəmiyyətinin şüuruna sözün əsl mənasında yeridilmiş səmərəsiz, […]

Dünya

Zaxarova Makronun hərbi cəhdləri barədə: “Sabun köpüyüdür” – VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın öz hərbçilərini Ukraynaya göndərməyə hazır olan ölkələrin alyansının formalaşdırılması ilə bağlı fəaliyyəti barədə fikrini bildirib. O, NEWS.ru müxbirinin bu barədə sualına cavab olaraq bunun cəfəngiyyat olduğunu deyib. “Fransa öz hərbçilərini Ukraynaya göndərməyə hazır olan ölkələrin alyansının formalaşdırılması istiqamətində işlərə başlayıb. Bu təklifi Baltikyanı ölkələr də dəstəkləyiblər. […]

Dünya

Zaxarova: “Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür” – VİDEO

“Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür. Fransanın belə imkanı olsaydı ondan elə müqavilə öhdəlikləri olan ölkələrdə istifadə edərdi”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. O, Fransanın Afrika ölkələrindəki missiyalarının uğursuzluğa düçar olduğunu da xatırladıb. “Fransa ən kritik anda müttəfiqlərini tərk etdi”, – deyə Rusiya XİN nümayəndəsi əlavə edib. […]

Dünya

İspaniyada məşhur futbolçuların evlərini qarət edən cinayətkarlar saxlanılıblar

İspaniya milli polisi məşhur futbolçuların evlərində oğurluqla məşğul olan cinayətkar qrupun fəaliyyətini dayandırıb. Bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir. Onların sözlərinə görə, 2022-ci ilin iyul ayından dəbdəbəli yaşayış komplekslərində səkkiz oğurluq hadisəsində əli olduğu güman edilən altı nəfər saxlanılıb. Hədəfləri seçmək üçün şübhəlilər sosial mediadan istifadə edərək, idmançıların ailə üzvləri və yaxınları tərəfindən yerləşdirilən fotoşəkilləri […]

Dünya

Mauro İkardi uşaq pərəstişkarları ilə bağlı paylaşım etdi: “Nəsillərimizin tarixinə yazılacaq…” – FOTO

Türkiyənin Diyarbəkir vilayətinin Eğil rayonunda yerli uşaqların xahişi ilə bələdiyyə tərəfindən məhəllə divarlarına yerli və xarici futbol ulduzlarının şəkilləri çəkilib. “Beşiktaş”lı Vinsent Aboubakar, “Fənərbağça”lı Edin Dzeko ilə yanaşı “Qalatasaray” klubunun argentinalı ulduz forvardı Mauro İkardi də şəkli çəkilənlər arasında olub. İkardi bununla bağlı sosial “Instagram” hesabında paylaşım edib. O, uşaq pərəstişkarlarının onun şəklinin qarşısında çəkilmiş […]

Dünya

“Microsoft” 100 min qadına süni intellekt texnologiyaları üzrə təlim keçəcək

ABŞ-nin texnologiya nəhəngi “Microsoft” 100 min filippinli qadına süni intellekt və kibertəhlükəsizlik texnologiyaları üzrə təlim keçəcək təhsil xeyriyyə proqramı elan edib. Proqram Ticarət Naziri Cina Raymondonun başçılıq etdiyi ABŞ-nin Filippinə ikigünlük ticarət missiyası zamanı elan edilib. Qadınların təhsili “Microsoft” onlayn platformasında aparılacaq. Onlar “OpenAI”nin böyük dil modelləri əsasında “Microsoft AI” alətlərindən istifadə etmək üçün təlim […]

Dünya

Xabi Alonso “Qarabağ”la oyun barədə: “Çox sayda güclü futbolçuları var”

“Oyundan əvvəl nikbin olmaq üçün bir çox səbəbimiz var”. Bu sözləri “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonso Almaniyada “Qarabağ”a qarşı oynayacaqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. “Bizə yaxşı oyun və azarkeşlərin tam dəstəyi lazımdır. “Qarabağ” güclü kollektivə malikdir və çox sayda güclü futbolçuları var. Amma biz öz […]