Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab […]

Cəmiyyət

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən “Laser Beauty Clinic”in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub. Onlar Elnarə Rzayevanın “Instagram” səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, […]

Cəmiyyət

İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. DİM-dən Oxu.Az-a verilən məlumata görə, komissiyaya müraciət etmək istəyənlər 16‑18 apreldə mərkəzin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı […]

Cəmiyyət

Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP) Tərəflər Konfransı qlobal əməkdaşlıq üçün əla fürsətdir”. Bunu “Report”a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban deyib. Ekspert qeyd edib ki, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyi layihələrinin strateji planlaşdırılması kritik məsələdir. BMT-nin İqlim Dəyişmələri üzrə […]

Cəmiyyət

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində problem yaranıb. Bu haqda Oxu.Az-a oxucular məlumat verib. Qeyd olunub ki, söhbət 1 saylı “ASAN xidmət” mərkəzindən gedir.   “Bu gün səhər 09:00-dan etibarən xidmətin işində hansısa problem yaranıb. Hazır sənədləri təhvil versələr də, sənəd qəbulu dayanıb”, – deyə məlumatda vurğulanır. Əzizə İsmayılova Xeberal.az

Cəmiyyət

Bakıda evlərin qiyməti hansı səbəbdən yenidən bahalaşacaq?

2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8,1% yüksəlib. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5%, təkrar mənzil bazarında qiymətlər isə 8,1% artıb.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 2,2%, o […]

Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq – SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə  isti, gündüz 19-24 dərəcə  isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu […]

Cəmiyyət

AQTA soğan təsərrüfatlarında monitorinq aparıb: Nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən 25 soğan təsərrüfatında monitorinqlər aparıb. Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib. Qeyd olunub ki, Ağdam rayonunda saxlanma yerlərindəki soğanın çürüməsi barədə daxil olan müraciət və Milli Monitorinq Planına əsasən həyata keçirilən monitorinqlər zamanı torpaqdan, həmçinin yetişdirilən və 2 anbarda saxlanılan soğan məhsulundan […]

Cəmiyyət

DYP: “Əlilliyi olan şəxsin sürücülük hüququ olmadığı müəyyən edildi” – VİDEO

Hərəkət iştirakçıları arasında haqlı narazılıq doğuran, eləcə də əhali arasında kəskin qınaq obyektinə çevrilən kobud qayda pozuntularından biri kimi avtomobillərin dövlət qeydiyyat nişanları olmadan idarə edilməsi hallarına qarşı aparılan mübarizə tədbirləri davam etdirilir.  Növbəti tədbir zamanı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən nömrə nişanları olmadan idarə olunan nəqliyyat vasitəsi saxlanılıb, araşdırma zamanı avtomobili idarə edən əlilliyi olan şəxs […]

Cəmiyyət

Yeni Yasamalda təhlükə saçan köhnə liftlə bağlı rəsmi AÇIQLAMA – FOTO/VİDEO

“Bakının Yeni Yasamal rayonundakı Dadaş Bünyadzadə 8 ünvanında yerləşən binanın sözügedən lifti bizim balansımızda deyil”. Bu açıqlama Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı “Lifttəmir” İstehsalat Birliyindən verilib. Qeyd olunub ki, Dadaş Bünyadzadə 8 ünvanında yerləşən bina kooperativ bina olduğu üçün sözügedən lift qurumun balansında deyil. Bakı “Lifttəmir” İstehsalat Birliyi yalnız dövlət mənzil fonduna aid olan binalarda quraşdırılan liftlərə xidmət edir. Xatırladaq […]