Cəmiyyət

Qaradağ yolunda qəza: Yük avtomobili beton maneələrə çırpıldı – VİDEO

Qaradağ yolu, Salyan şossesində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yük maşını idarəetməni itirərək, yolun kənarındakı beton maneələrə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur. Həmin görüntüləri təqdim edirik:   Xeberal.az

Cəmiyyət

Göyçayda eyni anda iki ev yanıb

Göyçayda eyni anda iki evdə yanğın olub, sakinlərə küllü miqdarda maddi ziyan dəyib. APA xəbər verir ki, hadisə rayonun Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Belə ki, rayon sakini 73 yaşlı Sakit Məmməd oğlu Məmmədova məxsus ümumi sahəsi 140 kv/m olan beşotaqlı evin iki otağı və evin tavan hissəsi yanar konstruksiyaları ilə birlikdə yanıb. Yanğın zamanı alovun […]

Cəmiyyət

Naxçıvanda yeni teatr fəaliyyətə başlayacaq

Naxçıvan Muxtar Respublikasında yeni “Altai” teatrı fəaliyyətə başlayacaq Naxçıvan Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən ”Report”un yerli bürosuna verilən məlumata görə, zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni teatr yaratmaq təşəbbüsü Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyeva tərəfindən irəli sürülüb. İlk dəfə olaraq gənc yazar və aktyor Rza Zeynalovun “Xəyanət” əsəri ilə […]

Cəmiyyət

Təhlükəyə çevrilən KÜÇƏ İTLƏRİ – Onları qısırlaşdıraq, yoxsa sığınacaqlara YERLƏŞDİRƏK?

Bütün canlılar kimi təbiətdə payı olan itlər insanların kabusuna çevrilib. Belə ki, tez-tez mətbuatda küçə itlərinin uşaqlara, böyüklərə hücum etməsi, onları dişləməsi ilə bağlı xəbərlərə rast gəlirik. Mart ayının 3-də “Qobu Park – 3” yaşayış kompleksinin yaxınlığında itlərin dişlədiyi 9 yaşlı uşaqla bağlı məlumat da bu qəbildəndir. Ötən gün isə Xırdalanda it 35 yaşlı qadını […]

Cəmiyyət

Novxanıda qəzada xilas edilən sürücü xəstəxanada ölüb – YENİLƏNİB + VİDEO

Novxanıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. APA verir ki, sürücü 1970-ci il təvəllüdlü Mübariz Nizami oğlu Allahverdiyev xəstəxanada ölüb. 19:36 Novxanıda avtomobillər toqquşub, xəsarət alanlar var. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə […]

Cəmiyyət

Azərbaycanda biabırçı mənzərə: İti avtomobilin arxasına bağladı, maşını sürdü – VİDEO

Azərbaycanda sürücü avtomobilin arxasına it bağlayıb. Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videodan görünür ki, it VAZ-2106 markalı avtomobilin arxasına bağlanıb. İt hərəkətdə olan avtomobilin arxasınca qaçmaq məcburiyyətində qalıb Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma […]

Cəmiyyət

Dini tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir – RƏY + FOTO

Dini tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi, xalqımızın həyat tərzidir. Bu fikri “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yaradır: “Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə yaşayan bütün dini konfenssiyalara […]

Cəmiyyət

Goranboyda tövlə yanıb: Mal-qara tələf olub – FOTO

Goranboy rayonu, Kəhrizli kəndində yanğın hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, 1978-ci il təvəllüdlü Y.Rəhimova məxsus ümumi sahəsi 40 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyalarının 20 kvadratmetr sahəsi yanıb. Hadisə zamanı dörd baş iribuynuzlu heyvan tüstüdən zəhərlənərək tələf olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülərək […]

Cəmiyyət

Sürücülərin nəzərinə: Bayram günlərində bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Aprelin 10-14-də – Ramazan bayramı günlərində paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan […]

Cəmiyyət

BDYPİ-dən velosipedçilərə ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə çağırış edib. Bu barədə Oxu.Az-a idarədən məlumat verilib. Bildirilib ki, respublikamızın və paytaxtın avtomobil yollarında velosipedçilər yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Velosipedçilərin avtomobil yolunun hərəkət hissəsində düzgün olmayan hərəkətləri təhlükə yaradır, qəza riskini artırır.  “Yollarda xüsusi velosiped zolaqları olmadıqda velosipedçilər yolun, küçənin hərəkət hissəsinin […]