Cəmiyyət

İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu – VİDEO

Bakıda yeniyetmələrin küçədə anormal hərəkətlər etmələri gündəm olub. Belə ki, paytaxt ərazisində yol kənarında dayanan yeniyetmələrdən biri işıqforu təpikləyib. Kadrlarda yeniyetmənin işıqfora kəllə atdığı da görünür. Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilər tərəfindən müzakirə mövzusuna çevrilib. ATV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Cəmiyyət

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib: “Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqının təyin edildiyi barədə məlumat qeyd olunub”. Ətraflı ATV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Polkovnikdən kəndlərimizin qaytarılması ilə bağlı AÇIQLAMA – VİDEO

“Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan siyasətinin uğurudur”. Bunu Baku TV-yə açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. “Ermənistanın güc tətbiq etmədən bu addımı atması müsbət haldır. Düşünürəm ki, bu, digər məsələlərə – sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanla sülh müqaviləsinin imzalanmasına da müsbət təsir edəcək”, – o qeyd edib. Ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Qazaxın Aşağı Əskipara sakinlərinin qələbə sevinci – VİDEO

“30 ildən artıqdır ki, qaçqın həyatı yaşayırdıq. İndi şad xəbər gəldi ki, Prezidentimiz bir güllə belə atılmadan kəndlərimizi qaytarıb”. Bu fikirləri Baku TV-yə açıqlamasında Qazax rayonunun Əskipara kənd sakini Nizami Şəmirov erməni işğalında olan dörd kəndin Azərbaycana qaytarılması haqqında danışarkən deyib. “Allah Ordumuzu qorusun. Nə deyəcəyimi bilmirəm. Az qalıram sevincdən göylərə uçam”, – Əskipara sakini […]

Cəmiyyət

Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ – VİDEO

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində Azərbaycan dilində məlumatların olmamağı müzakirə mövzusu olub. Belə olan halda müştərilər aldıqları məhsulun istehsal tarixini, yararlılıq müddətini, tərkibini, istifadə qaydalarını və digər zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Bundan başqa bəzi məhsullar var ki, onlara müəyyən qatqılar əlavə edilir. Məsələn, süd məhsullarının bəzi növləri allergik təsirə malikdir. Ətraflı İTV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur ki, yumurtanın qiyməti orta hesabla 45-50 faiz azalıb. Bəs bu ucuzlaşmanın səbəbi nədir? Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.media-ya bildirib ki, yumurtanın qiymətinin aşağı […]

Cəmiyyət

Azərbaycanda çörəyin qiyməti artacaq? – ARAŞDIRMA + VİDEO

Ölkəmizdə unun tərkibi dəyişdiriləcək. Buna səbəb dünyada anemiya xəstələrinin sayının xüsusilə qadınlar arasında 570 milyona çatması, Azərbaycanda isə 40 faiz artmasıdır. Qeyd edək ki, anemiya qan xəstəliyidir. Əsasən dəmir əskikliyi nəticəsində yaranır. Xəstəliyin qarşısının alınması məqsədilə ölkəmizdə un dəmirlə zənginləşdiriləcək. Bu məqamda çörəyin qiymətinin qalxması məsələsi də gündəmə gəlir. Unun tərkibinin dəyişdirilməsi çörəyin bahalaşmasına səbəb […]

Cəmiyyət

Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? – VİDEO

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib ki, bu günədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir […]

Cəmiyyət

Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1997-ci il təvəllüdlü Elmar İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin […]

Cəmiyyət

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA – VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. Xezerxeber.az-ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər.  Bildiriblər ki, brilyant dəstlərin qiyməti 1 200 manatdan başlayır və 20 min manatadək yüksəlir.  Fantastik fərqi satıcılar müxtəlif cür […]