Cəmiyyət

Burada yazılanları etsək, biz də “Oskar” alarıq!

Qan Turalı yazır… Rəqəmlərlə düşünmək həmişə faydalıdır. Ancaq gərək rəqəmlərdən də düzgün nəticə çıxartmağı bacarasan. Bizim bir problemimiz də odur, rəqəmsiz düşünmək. Hər hansı bir problem haqqında düşünərkən rəqəmləri bir kənara qoyur və spekulyativ müqayisələr aparırıq. Bu məqam istisnasız olaraq bütün sahələrdə eyni cürdür. Halbuki, düşüncələr rəqəmlərə əsaslanmalıdır. Bunu riyazi düşünmək də adlandırmaq olar. İstər […]

Cəmiyyət

Həftəsonu keçirilən imtahan nəticələrinin açıqlanacağı vaxt bəlli oldu

2024-cü il aprelin 21-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu.Az-a bildirilib. Qeyd edilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb […]

Cəmiyyət

Sumqayıt bulvarında “BMW F10” yanaraq yararsız hala düşdü – FOTO/VİDEO

Səhər saatlarında Sumqayıt şəhərində avtomobil yanıb. Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub. Bildirilib ki, hadisə bu gün saat 4 radələrində Sumqayıtda, bulvar ərazisində baş verib. 10-XM-039 dövlət nömrə nişanlı “BMW F10” markalı maşın yanaraq yararsız hala düşüb.  Sözügedən görüntüləri təqdim edirik: Xeberal.az

Cəmiyyət

Elektrik enerjisindən istifadə qaydaları dəyişib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi sifarişçilərin təqdim etdiyi ərizə və sənədlər əsasında 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış keçirəcək. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara görə, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilib. Xeberal.az

Cəmiyyət

Xaçmaz və Beyləqanda atmosferə normadan artıq tullantı ixrac edən avtomobillərlə bağlı tədbir görülüb – VİDEO

Ətraf mühitə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölgələrdə həyata keçirdiyi nəzarət tədbirləri davam edir. Bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, Xaçmaz və Beyləqan  rayonlarında təşkil olunan növbəti tədbir zamanı yol polisi əməkdaşları mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan […]

Cəmiyyət

Azərbaycanda icra başçısına yeni müavin təyin edildi

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev əmr imzalayıb. Əmrə əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin olunub. O, bu gün kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb. Xeberal.az

Cəmiyyət

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2024-cü ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarlıq […]

Cəmiyyət

Deputat: “Türkiyədən gətirilən məhsullar ucuzlaşa bilər” – FOTO

“Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir”. Oxu.Az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Deputat bildirilib ki, Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir:  “2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faiz artaraq 7,6 milyard […]

Cəmiyyət

Bakıda “Prius” sürücüsü qadını vurub qaçdı – ANBAAN VİDEO

Paytaxtın Binəqədi rayonunda piyadanı vuran sürücü hadisə yerindən qaçıb.  Bununla bağlı videonu Avtosfer.az yayıb.  Belə ki, 77-HX-359 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü yüksək sürətlə avtomobilləri sağdan ötməyə başlayıb. Bu zaman yolun kənarında olan qadını qolundan vuraraq qaçıb.  Hadisə həmin yolda hərəkətdə olan avtomobildə yerləşdirilmiş videoregistrator tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:   Xeberal.az

Cəmiyyət

Naftalanlı gənc Bakıda itkin düşüb – FOTO

Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov dörd ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi onun barəsində heç bir xəbər ala bilməyib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin […]