Cəmiyyət

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş sabiq MTN-çi Səlim Məmmədov və “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdilər. Ç.Əsədov […]

Cəmiyyət

Xaçmazda işıq kəsilib

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilib ki, Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat 110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılması ilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. Qeyd edilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan […]

Cəmiyyət

Bahar Muradova: “Hadı Rəcəbli ilə xatirələri olan insan çoxdur”

“Azərbaycan ictimaiyyəti qətiyyətli insanını itirdi”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə vida mərasimi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O, mərhum deputatla bağlı xatirələrini bölüşüb: “Hadı müəllimin fəaliyyəti zəngin və çoxşaxəlidir. Xatirələri olan […]

Cəmiyyət

Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı”

“Atamın bu gün mühazirəsi var idi”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin vida mərasimi zamanı qızı Ülviyyə Rəcəbli deyib.  O, atasının bir saniyədə dünyasını dəyişdiyini deyib: “Bir saniyədə dünyasını dəyişdi. Rəngi dəyişməmişdi. Sanki üzünə birdən nur gəldi. Bu gün Dövlət İdarəçilik […]

Cəmiyyət

Azərbaycanda lisey və gimnaziyaların sayı artırılacaq

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”. AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib.  O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib. “Paytaxtla […]

Cəmiyyət

Oğuzda çay sahilində tapança aşkar edilib – VİDEO

Oğuzda çay sahilində tapança aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə çay sahilindən bir ədəd “Naqan” markalı tapança və bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.  Profilaktik tədbirlər zamanı isə rayon sakini müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib. Xeberal.az

Cəmiyyət

Hadı Rəcəblinin oğlu atasının ölümünün əsas səbəbini açıqladı

“Atam 30 dəqiqə içərisində vəfat etdi”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin vida mərasimi zamanı oğlu Vüsal Rəcəbli deyib. O qeyd edib ki, atası ağciyərində yaranan problemdən dünyasını dəyişib: “Həkimlərin verdiyi rəyə görə, ağciyərində tromb olub. Ürəyinə təsir edib. Qısa zamanda biz […]

Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa […]

Cəmiyyət

Ədliyyə Nazirliyində kadr dəyişiklikləri olub

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyevə qurumun Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib. Bu barədə Ədliyyə Nazirliyindən Oxu.Az-a bildirilib. Bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib. Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin […]

Cəmiyyət

Qazaxda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazaxda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106 markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Dərviş Mustafayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az